Albinizm: adamlar barədə gerçəklər

263
(Yenilənib 13:40 05.07.2019)
Afrikanın bəzi yerlərində albinosları dini mərasimlərdə öldürürlər
Albinizm
© Sputnik / Elnur Salayev

Albinizm (lat. alba - ağ ) anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə "albinos" adlanır.

Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Bəzi ölkələrdə albinoslar aşkar ayrı-seçkiliyə məruz qalırlar. Afrikanın bəzi yerlərində albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadugərliyə kömək edir.

BMT-nin İnsan Haqları üzrə Şurası 2013-cü ildə albinizmdən əziyyət çəkən insanlara qarşı hər cür ayrı-seçkiliyə son qoymağa çağıran xüsusi qətnamə qəbul edib. Albinizm haqqında ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

263

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

432
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

432

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir

1708
(Yenilənib 15:41 30.06.2020)
Koronavirus pandemiyası daşınmaz əmlak bazarında müştərilərin çoxillik meyllərini dəyişməyi bacarıb. Amma ən bahalı sahələr hələ də Avropa, Avstraliya və ABŞ-dadır.
İnfoqrafika: Müxtəlif ölkələrdə yaşayış binalarının qiymətləri
© Sputnik / Elnur Salayev

 

Aylıq mənzil kirayələmək oteldə gündəlik otaq kirayələməkdən sərfəlidir. İş və ya təhsil yerinin yaxınlığında mənzil kirayə etmək isə daha praktikdir. Bir çox ölkələrdə isə mənzili çoxillik icarəyə götürmək onu almaqdan əlverişli sayılır. Çünki borca girib mənzil almaq baha başa gəlir, onun illik vergiləri də böyük həcmdədir.

Məsələn, açıq mənbələrin məlumatına görə, sahəsi 50 kvadratmetrə yaxın olan kiçik bir mənzili icarəyə götürmək İsveçrədə orta hesabla 1500 ABŞ dollarına, Avstraliyada və Böyük Britaniyada bundan bir qədər aşağı qiymətə, Şərqi Avropa ölkələrinin şəhərlərində isə 700-900 dollara başa gələcək. Azərbaycanda isə ikiotaqlı mənzili kirayələmək orta hesabla 280 dollara başa gəlir.

Koronavirus pandemiyası həyatın bu sahəsinə də müəyyən düzəlişlər edib. Ümumi özünütəcridin fonunda mənzillərə olan tələb və qiymətlər dəyişib. Əgər əvvəllər insanlar vaxta və pula qənaət etmək üçün iş və təhsil yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirdilərsə, indi karantin dövrünü daha rahat şəraitdə ailəsi ilə birlikdə keçirmək üçün mənzərəli bir ərazidə həyətyanı sahəsi olan evlərə üstünlük verirlər.

Belə əhval-ruhiyyə şəhərkənarı evlərin nisbi bahalaşması fonunda şəhərin mərkəzindəki evlərin qiymətlərinin düşməsinə gətirib çıxarıb. 

Dünyada baş verən ümumi tendensiya Azərbaycandan da yan keçə bilməzdi. Xüsusilə, kirayə qiymətlərinin kəskin bahalaşması Bakı ətrafındakı evlərin qiymətlərində hiss olunur. Şəhər əhalisi karantinlə əlaqədar bölgələrə getmək imkanı olmadığından, ailəsi ilə daha təhlükəsiz yerlərə getmək, açıq havada istirahət etmək üçün optimal variantlar axtarırlar. Ekspertlərin qiymətləndirməsinə görə, son aylardakı karantin dövründə paytaxtın sahilyanı qəsəbələrində mənzillərin dəyəri 2,7% artıb.

Dünyanın ən bahalı şəhər və küçələrində evlərin bir kvadratmetrinin və icarə haqlarının məbləği barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan əldə edə bilərsiniz.

1708
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0