Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda orta aylıq nominal əmək haqqı

Abunə olmaq
Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin yanvar-aprel ayları ərzində 7,9% artıb.

Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin yanvar-aprel ayları ərzində 7,9% artıb ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 581,2 manat təşkil edir.

Neft sektorunda orta aylıq əməkhaqqı 3,183,8 manat, qeyri-neft sektorunda isə 521,8 manatdır. Dövlət müəssisələrində çalışanların orta aylıq əmək haqqı 467,2 manat, özəl müəssisələrdə çalışanların isə 730,9 manatdır.

AR Prezidentinin sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən etibarən minimum aylıq əmək haqqı 250 manat müəyyən edilib.

Sosial müdafiəni gücləndirmək məqsədilə 1 sentyabr 2019-cu ildən etibarən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları orta hesabla 40% artırılıb.

Bununla yanaşı, 1 sentyabr 2019-cu il tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20% artırılıb.

Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı ətaflı məlumatlarla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

Xəbər lenti
0