Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünya ölkələrinin dövlət büdcələrinin 2019-cu il reytinqi

Abunə olmaq
Sputnik Azərbaycan 2019-cu ildə dünya ölkələrinin dövlət büdcələrinin reytinqi ilə bağlı infoqrafika hazırlayıb.

Sputnik Azərbaycan 2019-cu ildə dünya ölkələrinin dövlət büdcələrinin reytinqi ilə bağlı infoqrafika hazırlayıb. Həmin reytinq cədvəlinin ən başında dövlət büdcəsi təxminən 3.422 trilyon dollar (defisit) olan Amerika Birləşmiş Ştatları yer alıb. 2019-cu ildə illik dövlət büdcəsi ən yüksək olan Top-10 ölkənin siyahısında ABŞ-dan sonrakı yerlərdə Çin, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya, Braziliya, Kanada və Avstraliya qərarlaşıb.

Postsovet ölkələrinin 2019-cu ildə illik dövlət büdcəsinə görə tutduğu mövqeyə gəlincə, bu siyahıya Rusiya başçılıq edir. Azərbaycan burada Qafqaz qonşularını qabaqlayaraq 6-cı yerdə qərarlaşıb.

ABŞ müdafiə büdcəsinə görə də dünyada liderdir. Rusiya bu sırada 7-ci yerdə qərarlaşıb. 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 3,37 mlrd. manat (2 mlrd. dollara yaxın) nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4,6% çoxdur.

2019-cu ildə dünya ölkələrinin dövlət büdcələrinin reytinqi ilə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.

Xəbər lenti
0