Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda ipəkçiliyin inkişaf perspektivləri

Abunə olmaq
İpəkçilik hələ qədim zamanlardan Azərbaycanın bütün ərazisində yayılıb

Kənd təsərrüfatı sahəsi olan ipəkçilik hələ qədim zamanlardan Azərbaycanın bütün ərazisində yayılıb və günümüzə qədər də inkişaf etməkdədir.

Əsas istehsalat bölgəsi Şəki hesab olunur. İpəkçiliyin inkişafı Azərbaycanın müəyyən rayonları ərazisindən qədim İpək Yolu marşrutunun keçməsinə səbəb olub.

İpəkçilikdə istifadə olunan baramaçılığa dövlət tərəfindən subsidiyalar ayrılır. Kümdarlar Azəripək MMC-yə ipəyin istehsalı üçün xammal olan baramanın kilosunu 4 manata satırlar. Bununla yanaşı, bir kiloqram xammalın istehsalı üçün dövlət büdcəsindən fermerlərə 5 manat pul ödənilir. Beləliklə də fermer istehsal etdiyi hər kiloqram baramaya görə 9 manat alır.

İpəkçiliyin inkişafı üçün yem bazasının yaradılması məqsədilə son üç ildə rayonlarda Çindən gətirilmiş 3,5 milyon tut ağacı əkilib. Sonuncu dəfə 2018-ci ilin dekabr ayında Azərbaycana gətirilən 1 milyon ağac 36 rayonda əkilib.

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı" qəbul edilib. Bu proqram çərçivəsində barama istehsalını illik 6 min tona çatdırmaq planlaşdırılır.

Azərbaycan ipəkçiləri bu ilin əvvəlindən etibarən Azəripək MMC-yə 99,3 ton barama veriblər. Kənd Təsərrüfatı Nazirliyinin qənaətinə görə, artıq respublikada ipəkçilik sahəsinin inkişafı üçün etibarlı yem bazası yaradılıb ki, bu da cari ildə 800 ton barama istehsalına imkan verəcək.

2000-2018-ci illərdə barama istehsalı ilə bağlı ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0