Azərbaycanda muzdlu işçilər

1720
(Yenilənib 13:16 30.04.2019)
Bu il muzdlu işçilərin orta aylıq əmək haqqı 8,6% artıb
Azərbaycanda muzdlu işçilər
© Sputnik / Elnur Salayev

Bu il martın 1-nə olan məlumata görə, Azərbaycanda muzdlu işçilərin sayı 1534,3 min nəfərdir. Onlardan 865,3 min nəfəri dövlət sektorunda, 669 min nəfəri iqtisadiyyatın özəl sektorunda çalışır.

2019-cu ilin fevral ayının yekunlarına görə, muzdlu işçilərin orta aylıq əmək haqqı ötən illə müqayisədə 8,6% artıb. Hazırda ölkəmizdə ən yüksək orta aylıq əməkhaqqı dağ-mədən sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, elmi və texniki fəaliyyətlər, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb. Respublikamızda muzdlu işçilərlə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

 

1720