Bayram günləri Bakıda hara getməli - İNFOQRAFİKA

2802
(Yenilənib 22:09 15.03.2019)
Ölkənin mədəniyyət müəssisələri, eləcə də teatrlar paytaxt sakinlərinin bayram günlərini maraqlı keçirməsi üçün bəzi tədbirlər planlaşdırıblar
Bayram günləri hara getməli
© Sputnik / Elnur Salayev

Azərbaycanda Novruz bayramı günləri ilaxır çərşənbədən başlayır. Bu il ilaxır çərşənbə martın 19-na təsadüf edir. Həmin gün bayram tətili başlamazdan əvvəlki sonuncu iş və dərs günüdür.

Nazirlər Kabinetinin qərarına əsasən bu il Novruz bayramı tətili martın 26-da başa çatacaq. Martın 27-də isə ölkədə iş günləri və məktəblərdə dərslər davam edəcək. Ölkənin mədəniyyət müəssisələri, eləcə də teatrlar paytaxt sakinlərinin bayram günlərini maraqlı keçirməsi üçün bəzi tədbirlər planlaşdırıblar.

Sputnik Azərbaycan paytaxt sakinlərinin bayram günləri Bakıda hara getməli olduqlarına dair infoqrafika hazırlayıb. Bu infoqrafikada bayram günləri uşaqlar və böyüklər üçün hazırlanmış konsert və tamaşaların siyahısı, yeri və vaxtı əks olunub.

2802

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

437
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

437

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir

1708
(Yenilənib 15:41 30.06.2020)
Koronavirus pandemiyası daşınmaz əmlak bazarında müştərilərin çoxillik meyllərini dəyişməyi bacarıb. Amma ən bahalı sahələr hələ də Avropa, Avstraliya və ABŞ-dadır.
İnfoqrafika: Müxtəlif ölkələrdə yaşayış binalarının qiymətləri
© Sputnik / Elnur Salayev

 

Aylıq mənzil kirayələmək oteldə gündəlik otaq kirayələməkdən sərfəlidir. İş və ya təhsil yerinin yaxınlığında mənzil kirayə etmək isə daha praktikdir. Bir çox ölkələrdə isə mənzili çoxillik icarəyə götürmək onu almaqdan əlverişli sayılır. Çünki borca girib mənzil almaq baha başa gəlir, onun illik vergiləri də böyük həcmdədir.

Məsələn, açıq mənbələrin məlumatına görə, sahəsi 50 kvadratmetrə yaxın olan kiçik bir mənzili icarəyə götürmək İsveçrədə orta hesabla 1500 ABŞ dollarına, Avstraliyada və Böyük Britaniyada bundan bir qədər aşağı qiymətə, Şərqi Avropa ölkələrinin şəhərlərində isə 700-900 dollara başa gələcək. Azərbaycanda isə ikiotaqlı mənzili kirayələmək orta hesabla 280 dollara başa gəlir.

Koronavirus pandemiyası həyatın bu sahəsinə də müəyyən düzəlişlər edib. Ümumi özünütəcridin fonunda mənzillərə olan tələb və qiymətlər dəyişib. Əgər əvvəllər insanlar vaxta və pula qənaət etmək üçün iş və təhsil yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirdilərsə, indi karantin dövrünü daha rahat şəraitdə ailəsi ilə birlikdə keçirmək üçün mənzərəli bir ərazidə həyətyanı sahəsi olan evlərə üstünlük verirlər.

Belə əhval-ruhiyyə şəhərkənarı evlərin nisbi bahalaşması fonunda şəhərin mərkəzindəki evlərin qiymətlərinin düşməsinə gətirib çıxarıb. 

Dünyada baş verən ümumi tendensiya Azərbaycandan da yan keçə bilməzdi. Xüsusilə, kirayə qiymətlərinin kəskin bahalaşması Bakı ətrafındakı evlərin qiymətlərində hiss olunur. Şəhər əhalisi karantinlə əlaqədar bölgələrə getmək imkanı olmadığından, ailəsi ilə daha təhlükəsiz yerlərə getmək, açıq havada istirahət etmək üçün optimal variantlar axtarırlar. Ekspertlərin qiymətləndirməsinə görə, son aylardakı karantin dövründə paytaxtın sahilyanı qəsəbələrində mənzillərin dəyəri 2,7% artıb.

Dünyanın ən bahalı şəhər və küçələrində evlərin bir kvadratmetrinin və icarə haqlarının məbləği barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan əldə edə bilərsiniz.

1708
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar