Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı

760
(Yenilənib 19:26 24.01.2019)
2018-ci ildə Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 552 min nəfər olub.
Dövlət məşğulluq xidməti
© Sputnik / Elnur Salayev

BAKI, 24 yanvar — Sputnik. Azərbaycan Dövlət Məşğulluq Xidməti ötən il ölkədə muzdla çalışan işçi qüvvəsinin sayını açıqlayıb. Bu rəqəmə inansaq, 2018-ci ildə Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 552 min nəfər olub. Ölkə üzrə 118 min 138 nəfərə peşəyönümlü məsləhətlər verilib. 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə isə işsizlik müavinəti ödənilib.

Dövlət Məşğulluq Xidməti ötən il 2559 nəfəri onların məşğulluq problemini həll etmək məqsədilə peşə hazırlığı kurslarına cəlb edib. Xidmətin gördüyü işlərlə bağlı ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

760