Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır.
Hər bir ölkə özünün muzeyləri ilə öyünür. Lakin dünyanın şəksiz ən çox ziyarət olunan muzeyləri var. Həmin muzeylər artıq tanınmış sənət mərkəzlərinə çevriliblər.
Sputnik Azərbaycan dünyanın ən populyar muzeylərinə aid infoqrafika hazırlayıb. Burada Avropa, Asiya, Amerikanın iri şəhərlərində yerləşən muzeylərdən söhbət açılır.
İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.
Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.
Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.
Güclü ordu hər zaman dövlətin ən vacib elementlərindən biri hesab olunub və müxtəlif ixtisaslaşmış nəşrlər, analitik qruplar vaxtaşırı silahlı qüvvələrin gücü baxımından ölkələrin tematik reytinq cədvəllərini hazırlayır. Sputnik Azərbaycan-ın infoqrafikası Avropa ölkələrinin ən güclü ordularının xəritəsini əks etdirir.
Gözlənildiyi kimi, reytinq cədvəlində hərbi gücünə görə lider ölkə Rusiya Federasiyasıdır, sonrakı yerləri isə Qərbi Avropanın iki ölkəsi tutur: Fransa və Böyük Britaniya.
Mövcud reytinq cədvəli yalnız hərbi texnikanın kəmiyyət göstəriciləri və hərbçilərin sayı əsasında tərtib edilmir. Analitiklər neft məhsulları ilə təchizat, infrastrukturun inkişafı və bir sıra başqa amilləri də nəzərə alıblar. Ümumilikdə, reytinq 50 göstərici əsasında müəyyən olunur.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.