Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda ən hündür qurğu - Bakı Teleqülləsi

Abunə olmaq
Keyfiyyətli televiziya yayımını təmin etmək üçün tikilən Bakı Teleqülləsi yalnız bu məqsədə xidmət etmir

Azərbaycanda keyfiyyətli televiziya yayımını təmin etmək üçün ötən əsrin 70-ci illərində respublika rəhbərliyi yeni teleqüllə inşa etdirmək qərarına gəldi. 

Yeni teleqüllə kompleksi Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi ilə SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirildi. Tikinti işlərinə isə 1979-cu ildə başlanılsa da, müəyyən səbəblərdən bu layihə yalnız 1996-cı ildə başa çatdırıldı. 

Bakı Teleqülləsi keçmiş SSRİ məkanında Ostankinodan sonra hündürlüyünə görə ikincidir. O, həmçinin Azərbaycanda ən hündür qurğudur (310 metr).

Qülləni maraqlı edən xüsusiyyətlərdən biri orada (175 metr hübdürlükdə) şəhər mənzərəli fırlanan restoranın olmasıdır. Teleqüllə hazırda turizm məqsədi ilə də istifadə oluna bilər.

Sputnik Azərbaycan paytaxtın bu görkəmli qurğusu barədə infoqrafika hazırlayıb.

Xəbər lenti
0