Heydər Əliyev Mərkəzi - Bakının ən görməli məkanı

3458
(Yenilənib 10:14 31.10.2018)
Mərkəzin binasının dizaynına görə Britaniyanın "Design Museum" təşkilatı tərəfindən Zaha Hadid "Design of the Year" mükafatına layiq görülüb.
Heydər Əliyev Mərkəzi
© Sputnik / Elnur Salayev

Azərbaycanın paytaxtı Bakıda ulu öndərin adını daşıyan prospektdə Heydər Əliyev Mərkəzi — araşdırma və beynəlxalq tədbirlərin keçirilməsi üçün möhtəşəm bina inşa edilib.

Bu obyekt beş ilə — 2007-2012-ci illərdə tikilib. Mərkəzin layihəsi məşhur memar Zaha Hadid tərəfindən işlənilib. Kompleks özündə auditorium (konqress mərkəzi), muzey, sərgi zalları və inzibati ofisləri birləşdirir.

Mərkəzin inşasında istifadə olunmuş ağ rəng parlaq gələcəyin simvolu olmaqla, həm də memarlıq detallarının seçilməsi məqsədini güdür. Ağ rəng sayəsində bina üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın qabarıq hissələrini bir qədər artıq vurğulayır.

2014-cü ildə Mərkəzin binasının dizaynına görə Britaniyanın "Design Museum" təşkilatı tərəfindən Zaha Hadid "Design of the Year" mükafatına layiq görülüb.

Elə həmin il Heydər Əliyev Mərkəzinin Auditoriumu Almaniyanın nüfuzlu "Emporis" şirkətinin versiyasına görə, binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub.

Heydər Əliyev Mərkəzində yerli və beynəlxalq tədbirlər, həmçinin müxtəlif sərgilər, konsertlər və festivallar keçirilir.

Bina haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

3458

Azərbaycanın dövlət borcu azalıb

846
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

846

Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri

1236
(Yenilənib 11:16 04.08.2020)
Hər ölkənin ordusu müasir silahlar və hazırlıqlı hərbçilərlə təchiz olunmalıdır ki, vətəni istənilən hərbi müdaxilədən qoruya bilsin.
İnfoqrafika: Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri
© Sputnik / Elnur Salayev

Silahlı qüvvələr dövlət strukturunda vacib yerlərdən birini tutur, onların formalaşdırılması və inkişafına isə kifayət qədər diqqət ayırmaq vacibdir. Bu, xüsusilə ərazisində hərbi münaqişələr olan, məsələn, Azərbaycan kimi ölkələr üçün aktualdır. Təsadüfi deyil ki, müdafiə xərcləri üzrə respublikamız keçmiş İttifaq ölkələri arasında ilk üçlüyə daxildir.

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında postsovet ölkələrinin silahlı qüvvələri və digər hərbi birləşmələrinin sayı barədə məlumat ala bilərsiniz. Bu siyahıda elə ölkələr var ki, cəmi bir neçə min hərbçi sayı ilə sizi təəccübləndirəcək.

1236
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

0
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

0
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar