Bakı stadionları dünya standartı

1957
(Yenilənib 10:05 18.10.2018)
UEFA Avropa liqasının finalı mayın 29-da Bakıda keçiriləcək. Bu gün Azərbaycan paytaxtında eyni zamanda bir neçə stadion dünya standartlarına cavab verir və dünya səviyyəli turnirləri qəbul edə bilər.
Bakının stadionları
© Sputnik / Elnur Salayev

Azərbaycanlı idmançıların nailiyyətləri və beynəlxalq yarışların keçirilməsi zamanı əldə edilən təcrübə artıq ölkəmizə idman şöhrəti gətirməyə başlayıb.

Azərbaycan ötən illər ərzində cüdo, boks, gimnastika və digər idman növlərində qitə və dünya çempionatları, eləcə də Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” Qran-Prisi kimi böyük idman layihələrini keçirərək, özünü bacarıqlı təşkilatçı kimi göstərib.

Təsadüfi deyil ki, UEFA rəhbərliyi 2019-cu il mayın 29-da Avropa Liqasının finalını Bakıda keçirmək qərarına gəlib. Son illər ərzində ölkədə müxtəlif profilli onlarla stadion və idman kompleksləri tikilib. Bakıda bir neçə stadion dünya standartlarına cavab verir.

Sputnik Azərbaycan-ın infoqrafikasında dünya səviyyəli yarışları qəbul etməyə hazır olan stadionlarla tanış ola bilərsiniz.

1957
Teqlər:
idman yarışı, Avropa Liqası, UEFA, Bakı, stadion