Yanğınla mübarizə aparanların peşə bayramı

3146
(Yenilənib 16:58 16.10.2018)
Bir əsr əvvəl Azərbaycanda Yanğından Mühafizə Xidməti öz fəaliyyətinə başlayıb
Yanğınsöndürənlərin peşə bayramı günü
© Sputnik / Elnur Salayev

Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb.

1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edib. 

2002-ci il oktyabr ayının 5-də mərhum prezident Heydər Əliyev oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.

3146