Dünyanın ən güclü orduları

3051
(Yenilənib 17:24 27.08.2018)
Amerika Alimləri Federasiyası (FAS) dünya ordularındakı hərbi qulluqçuların sayı ilə bağlı rəqəmləri açıqlayıb
Dünyanın ən güclü orduları
© Sputnik / Elnur Salayev

Amerika Alimləri Federasiyası (FAS) dünya ordularındakı hərbi qulluqçuların sayı barədə statistikanı açıqlayıb. Bu statistikaya əsasən, ştatlı hərbi qulluqçuların sayına görə dünyanın ən böyük ordusu 2 333 000 nəfərlə Çin ordusudur. Bu sırada ABŞ 2-ci, Hindistan 3-cü, Şimali Koreya 4-cü, Rusiya 5-ci yerdə qərarlaşıb. Qardaş Türkiyə Cümhuriyyətinin ordusu hərbi qulluqçularının sayına görə dünyanın 6-cı ən güclü ordusudur.

Global Firepower təşkilatının 2017-ci ilin yekunlarına dair məlumatına görə, Azərbaycan ordusu "dünyanın ən güclü orduları" reytinqində 58-ci yeri tutur.

Azərbaycan ordusunda əsgərlərin sayı Ermənistan ordusundakı əsgərlərin sayından iki dəfə çoxdur. İslandiyada isə bir nəfər də olsun əsgər yoxdur. Dünyanın ən güclü orduları ilə bağlı ətraflı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

3051
Teqlər:
FAS, say, ordu

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

57
(Yenilənib 12:12 27.11.2020)
1 oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.
İnfoqrafika: Orta aylıq əməkhaqqı
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

57
Teqlər:
muzdlu işçilər, muzdlu, orta aylıq nominal əmək haqqı

Azərbaycanın xarici ticarət göstəriciləri

22
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

22

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam