Müxtəlif ölkələrdə işsizlik səviyyəsi

1394
(Yenilənib 13:24 20.07.2018)
Azərbaycanda işsizlik səviyyəsi Rusiya ilə eynidir, lakin Gürcüstan və Ukraynaya nisbətdə daha yaxşıdır. ABŞ və Almaniya ilə müqayisədə isə bu göstərici pisdir.
Müxtəlif ölkələrdə işsizlik göstəriciləri
© Sputnik / Elnur Salayev

Dövlət Statistika Komitəsinin bu ilin iyunun 1-nə olan məlumatına görə, Azərbaycanda işsizlərin sayı 36,7 min nəfərdir. Bununla da ölkədə işsizlik göstəricisi 5%, işsizlik üzrə orta müavinət 347,4 AZN-dir.

Ölkədə və dünyada işsizliyə dair detallı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış olmaq olar.

1394
Teqlər:
səviyyə, ölkə, işsizlik
Əlaqədar
İşsizlik müavinəti üç dəfə artırılacaq
İlham Əliyev: “Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir”
İşsizlik səviyyəsi 11 faizə çatır
“Azərbaycanda işsizlik səviyyəsi 5 faiz həddindədir”

Azərbaycanın qeyri-neft ixracatı: lider dövlət şirkətləri

1077
(Yenilənib 20:32 10.08.2020)
Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.
İnfoqrafika: Qeyri-neft sektorunda ixracatçı dövlət müəssisələri
© Sputnik / Elnur Salayev

Statistika qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin ixrac göstəricilərini hesablayıb: Milli reytinqə üç enerji və hasilat müəssisəsi rəhbərlik edir.

Son statistik məlumatlara görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru məhsullarını ixrac edən dövlət şirkətlərinin reytinqinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi əməliyyatlar və marketinq şöbəsi başçılıq edib. O, xaricə 71,1 milyon dollarlıq məhsul satıb.

SOCAR-ın ən yaxın təqibçisi qismində dünya bazarlarına 43,1 milyon dollarlıq məhsul ixrac edən "AzerGold" qızıl hasilatı şirkəti çıxış edir.

Dövlət şirkətləri arasında ixracda ən uğurlu üçlüyü energetika sektorunun nümayəndəsi "Azərenerji" ASC bağlayır.

Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

1077

Azərbaycanın dövlət borcu azalıb

1806
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

1806
Hamilə qadın, arxiv şəkli

Doğuma görə cərimə varmış

0
(Yenilənib 14:41 14.08.2020)
Adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Şəhər əhalisi arasında da doğumun gec qeydə alınması faktları var, lakin bu rəqəm o qədər də yüksək deyil. Şəhər yerində bu gecikmələrə ad seçimi, yaşayış yerindən uzaqlaşaraq başqa yerdə yaşamaları da səbəb olur. Bəzən gündəlik işlər və problemlər də buna səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O bildirib ki, adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur: "Üzrlü səbəb olmadıqda, bu zaman 10 manat cərimə tətbiq edilir".

0