Sağlamlığın sadə resepti: Limon su

1287
(Yenilənib 14:54 16.07.2018)
Orqanizmin təmizlənməsi, dərinin cavanlaşması, viruslarla və iltihabla mübarizə, həzmin yaxşılaşması və immun sisteminin möhkəmlənməsi – bütün bunlara sadə bir reseptlə nail olmaq olar.
Hər səhər limon suyu içmək üçün 15 səbəb
© Sputnik / Elnur Salayev

Orqanizmin təmizlənməsi, dərinin cavanlaşması, viruslarla və iltihabla mübarizə, həzmin yaxşılaşması və immun sisteminin möhkəmlənməsi – bütün bunlara sadə bir reseptlə nail olmaq olar.

Əhval-ruhiyyəni yaxşılaşdırmağın, orqanizmi möhkəmləndirməyin və gözəl görünməyin ən sadə, eyni zamanda ucuz və effektiv üsulu adi limon suyudur.

Limon suyunun resepti çox sadədir: bir stəkanın içinə yarım limonu sıxıb otaq temperaturunda olan suyu ora əlavə etmək.

Belə “zənginləşdirilmiş” suyu səhərlər, yeməkdən yarım saat əvvəl içmək yaxşıdır. Onun nə kimi fayda verəcəyinə Sputnik Azərbaycan-ın infoqrafikasında baxın.

1287
Teqlər:
həzm, maye, immun sistemi, fayda, iltihab, limon, su

2020-ci il Azərbaycan üçün necə yadda qaldı

13
(Yenilənib 11:47 26.01.2021)
Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi Bakı və ölkənin digər şəhər və rayonlarının sakinləri arasında 2020-ci ilin ən yaddaqalan hadisəsini müəyyənləşdirmək məqsədi ilə sorğu keçirib.
2020-Cİ İL NECƏ KEÇDİ
© Sputnik / Elnur Salayev

Ötən il Azərbaycanda bir sıra mühüm hadisələrlə yadda qaldı. Onların içində əsas yeri isə heç şübhəsiz, müharibədə qazandığımız qələbə və koronovirus pandemiyası ilə mübarizə tutur. Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi Bakı və ölkənin digər şəhər və rayonlarının sakinləri arasında 2020-ci ilin ən yaddaqalan hadisəsini üzə çıxarmaq məqsədi ilə sorğu keçirib.

1050 respondentin qatıldığı sorğunun nəticəsi ilə Sputnik Azərbaycan-ın interaktiv infoqrafikasından tanış ola bilərsiniz.

13

Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

206
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

206

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

7
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

7