Azərbaycanda kontraseptiv vasitələr: İstifadəçilər kimlərdir?

290
(Yenilənib 11:15 05.07.2018)
Azərbaycanda ənənəvi kontraseptiv vasitələrdən daha çox 2 uşağı olan ailələr istifadə edir
Azərbaycanda kontraseptiv vasitələrdən istifadə
© Sputnik / Elnur Salayev

Kontraseptiv vasitələr və ailədə uşaqların sayə arasında bağlılıq müəyyən olunub.

Sputnik Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanaraq, xüsusi infoqrafika hazırlayıb. Bu infoqrafikada ailə cütlüklərinin hansı kontraseptiv üsullardan istifadə etdiyinə baxa bilərsiniz.

 

290
Teqlər:
Azərbaycan, uşaqlar, ailə, kontraseptiv vasitələr

Azərbaycanlıların İcbari Tibbi Sığortaya münasibəti

2227
(Yenilənib 15:01 21.09.2021)
Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqindən yarım ildən çox vaxt keçir. Bununla belə, vətəndaşlar xəstəxanalarda bəzi tibbi manipulyasiyalara görə pul ödəməli olduqlarını bildirirlər.
İnfoqrafika: Əhalinin icbari tibbi sığortaya münasibəti
© Sputnik / Elnur Salayev

 

Azərbaycanlılar İcbari Tibbi Sığorta (İTS) haqqı ödəsələr də, buna paralel olaraq aldıqları tibbi xidmətlər müqabilində ödəniş etməli olurlar. Media Təhlil Mərkəzinin əhali arasında keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir. Halbuki təyinatına görə həmin xidmətlər əhaliyə pulsuz göstərilməlidir.

Bu dəfə sosial sorğuda 1100-dən çox respondent iştirak edib ki, onların çox hissəsini də qadınlar təşkil edib – 56,5%.

Məlumdur ki, 2021-ci ilin aprel ayının 1-dən Azərbaycanın bütün ərazisində İTS-nin tətbiqinə başlanılıb. Rəyi soruşulanların üçdə biri ümid edir ki, səhiyyə sistemində aparılan islahatlar, nəhayət, tibbi xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Təxminən elə bu qədər insanı isə hazırda yerli xəstəxanalarda hökm sürən vəziyyət qane etmir. Əhali İTS paketinə daxil olan tibbi xidmətlərdən istifadə etsə də, sorğunun nəticəsinə əsasən, respondentlərin 67,5%-i onlara göstərilən xidmətə görə haqq ödəyir.

Sorğunun nəticəsi ilə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

2227
Teqlər:
infoqrafika, icbari tibbi sığorta

Yol hərəkəti qaydalarına riayət pozuntuların səbəbləri

1292
(Yenilənib 09:53 20.09.2021)
Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir.
İnfoqrafika: Yol hərəkəti qaydaları
© Sputnik / Elnur Salayev

 

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yollarda baş verən vəziyyət və çoxsaylı qəzaların səbəbləri ilə bağlı müzakirələr, yəqin ki, heç vaxt bitməyəcək.

Avtomobil sürcüləri və piyadalar kimin daha çox günahkar olduğu ilə bağlı mübahisə edirlər: sürücülər yolu keçən insanların məsuliyyətsizliyindən narazıdırlar, piyadalar isə avtomobil sahiblərini yol hərəkəti qaydalarını bilməməkdə günahlandırırlar.

Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir. Yollarda baş verən qəzaların səbəbləri çoxdan yaxşı araşdırılsa da, sürücülər və piyadalar arasında kimin daha çox günahkar olduğunu öyrənmək hələ də mümkün deyil. Xüsusilə ona görə ki, hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürür.

Media Təhlil Mərkəzi və Azərbaycan Avtomobil Federasiyası yerli əhali arasında sorğu keçirib məsələ ilə bağlı keçirib. Sorğuda 505 nəfər iştirak edib. Maraqlı fakt ondadır ki, respondentlərin əksəriyyəti, yəni 79%-i sürücüləri sistemli şəkildə yol hərəkəti qaydalarını pozmaqda günahlandırıblar. Qalan 21% -i isə özləri bütün yol hərəkəti qaydalarına riayət etdiklərini bildiriblər.

Sorğunun nəticələri ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan infoqrafikasında tanış ola bilərsiniz.

1292
Teqlər:
yol hərəkəti

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

0
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

0
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.