Artıq 3 ildir: Biz deyilməyənləri deyirik

737
(Yenilənib 10:05 25.05.2018)
Sputnik Azərbaycan fəaliyyətinin 3 illiyini qeyd edir. Bu müddət ərzində bizimlə olan və bizi dəstəkləyən bütün oxucularımıza təşəkkür edirik
Sputnik Azərbaycan informasiya agentliyinin 3 yaşı tamam olur
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan 2015-ci il mayın 25-də fəaliyyətə başlayıb. Bizim aktivimizə Azərbaycan və rus dillərində informasiya portalları, radioresurs və yüksək texnologiyalı multimedia press-mərkəzi daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə multimedialı habları olan beynəlxalq informasiya agentliyi və radiosunun bir hissəsidir.

Sputnik Azərbaycan-ın redaksiyası agentliyin fəaliyyətinin ildönümü ilə bağlı  xüsusi infoqrafika hazırlayıb.

737
Teqlər:
multimedia, informasiya portalı, radio, ildönümü, Sputnik Azərbaycan

Azərbaycanın xarici ticarət göstəriciləri

19
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

19

Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

44
(Yenilənib 17:34 21.11.2020)
Ölkədə avtomobil qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında baş verib.
İnfoqrafika: yol qəzaları
© Sputnik / Elnur Salayev

Rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında baş vermiş yol qəzalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən indiyə kimi yollarda 1145 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə, 1527 nəfər zərər çəkib ki, bu da keçən ilin göstəricilərindən 12% azdır. Avtomobil qəzalarında 504 nəfər ölüb, 1023 nəfər yaralanıb. Üstəlik, qəzaların yarıdan çoxu sutkanın qaranlıq saatlarında baş verib

Yol qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında qeydə alınıb.

Bununla yanaşı, 2020-ci ilin üç rübü ərzində yol polisi tərəfindən 2,8 milyondan çox qayda pozuntusu qeydə alınıb. İlk üçlüyə sürət həddini aşma, avtomobili qadağan olunmuş yerdə park etmə, yol nişanlarına əməl etməmə kimi qayda pozuntular daxildir. Sürücülər tərəfindən ödənilən cərimələr nəticəsində dövlət büdcəsinə 93,2 milyon manat vəsait daxil olub.

Ölkə yollarındakı vəziyyətlə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasından daha geniş məlumat əldə etmək olar.

44

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0