Laçının işğalı: Böyük itkinin qiyməti

823
(Yenilənib 10:11 18.05.2018)
Sputnik Azərbaycan Laçının işğalına dair infoqrafika hazırlayıb
26 il Laçınsız
© Sputnik / Elnur Salayev

Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 26 il keçir.

Sputnik Azərbaycan-ın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Sputnik Azərbaycan-ın infoqrafikasında bu böyük itkinin rəqəmlərdə göstəriciləri ilə tanış ola bilərsiniz.

823
Əlaqədar
Laçının işğalından daha bir il keçdi
Azərbaycanın işğal altında olan mirvarisi — Şuşa
Şuşanın işğalından 26 il keçir
Bakının bolşeviklər tərəfindən işğal olunması