ANAMA: Daha təhlükəsiz Azərbaycan

871
(Yenilənib 15:54 19.04.2018)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri partlamamış döyüş sürsatlarını qəbiristanlıqlarda, zibilliklərdə, otlaq yerlərində və hətta çayların məcrasında taparaq zərərsizləşdirilər
ANAMA tərəfindən partlayıcı maddələr və sursatlardan təmizlənmiş ərazilər
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerli sakinlərin daha təhlükəsiz yaşaması üçün on minlərlə kvadrat metr ərazini minalardan təmizləyib. Minaaxtaranlar ötən əsrin 90-cı illərində sovet ordusunun hərbi hissələrinin yerləşdiyi ərazilərdə bu gün belə, təmizləmə işləri aparırlar.

İndi bu ərazilədə dinc sakinlər yaşayırlar və onlar vaxtaşırı partlamamış döyüş sürsatları ilə qarşılaşırlar.

Sputnik Azərbaycan ANAMA-nın minalardan təmizləmə işləri apardığı ərazilərin qeyd olunduğu infoqrafika ilə tanış olmağı təklif edir.

871
Teqlər:
infoqrafika, təmizləmə, ANAMA, mina, Azərbaycan

Müharibə xronikası: Ermənistan SQ-nin itkiləri

62
(Yenilənib 09:52 24.10.2020)
Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı başlayan gündən indiyə kimi düşmənin xeyli sayda hərbi texnikasını məhv edib.
İnfoqrafika: Ermənistan SQ-nin məhv edilmiş hərbi texnikası
© Sputnik / Elnur Salayev

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğurla davam edir - düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü Azərbaycan xalqına müraciətlərində döyüşlər zamanı Ermənistan SQ-nin məruz qaldığı hərbi itkilər barədə məlumatları səsləndirir.

Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının sayı günbəgün artır. Oktyabrın 20-də xalqa müraciət edən Azərbaycan lideri bildirib ki, düşmənin məhv edilmiş S-300 buraxılış qurğusunun sayı əvvəl xəbər verildiyi kimi iki deyil, dörd ədəd olub.

Rəsmi məlumatlara görə, bundan başqa, ermənilərin xeyli sayda hərbi sursatı – yüzlərlə tank, artilleriya qurğusu, nəqliyyat vasitələri, onlarla zenit-raket kompleksi və başqa hərbi texnikası sıradan çıxarılıb.

Ermənistan SQ-nin Qarabağda döyüş əməliyyatlarının başladığı gündən 23 oktyabr tarixinə qədər olan bütün itkiləri barədə məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

62
Teqlər:
itkilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

778
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

778
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib

0
(Yenilənib 22:32 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

 

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

0