Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bu il Novruz süfrəsi azərbaycanlılara neçəyə başa gəlir

Abunə olmaq
Novruz Azərbaycan xalqının əsrlərdir baharın gəlişini xüsusi rituallarla qeyd etdiyi sevimli bayramıdır. Bu bayramı ənənəvi yeməklər, şirniyyatlar, çərəzlər olmadan, süfrəsiz, məclissiz təsəvvür etmək mümkün deyil.

Novruzda hər evdə onun dəyişməz atributları olan şəkərbura, paxlava, qoğal bişməsə, adamlara elə gəlir ki, bu bayramı ürəkləri istəyən kimi qeyd etmədilər. Amma Novruz xonçasının bəzəyi olan bu şirniyyatları bişirmək üçün lazım olan ərzaqların, meyvə qurularının bazar qiymətlərinə baxanda, maddi imkanı yaxşı olmayan insanlar məyus olurlar. Onlar fürsətdən istifadə edib Novruz nemətlərinin qiymətlərini qaldıran satıcıları ürəklərində qınayır və söyürlər.

Novruz süfrələrinin vazkeçilməzi olan plovun bişirilməsi üçün zəruri olan ətin və meyvə qurularının da qiymətləri bayram günlərində qaldırılır.

Bu baxımdan Novruzu "ən bahalı" bayram hesab etmək olar.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada siz 4 nəfərdən ibarət ailə üçün Novruz xərcləri ilə tanış ola bilərsiniz.

Xəbər lenti
0