Son 18 ildə manatın dollara nisbətdə dinamikası

1587
(Yenilənib 14:13 05.03.2018)
Üç il əvvəl mövqeləri bir qədər itirmiş manat indi yenidən güclənməyə başlayıb
Manatın kursu
© Sputnik / Elnur Salaev

Azərbaycanın milli valyutası olan manatın möhkəmlənmə tendensiyası 2015-ci ildə neftin qiymətinin kəskin düşməsi ilə dayandırıldı. Nəticədə 2015-ci il fevralın 21-də və dekabrın 21-də iki devalvasiya baş verdi.

Nəticədə manatın dollara nəzərən kursu iki dəfədən də çox düşdü və 2016-cı ilin sonlarında 1,8016 AZN təşkil elədi.

Lakin görülən tədbirlər və neftin qiymətinin sabitləşməsi nəticəsində 2017-ci ildən etibarən manat yenidən güclənməyə başladı. Bu günə olan valyuta məzənnələrinə görə isə, bir dollar 1,7001 manat təşkil edir.

Manatın dinamikasına dair daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə etmək olar.

1587
Əlaqədar
Mingəçevirə 3 milyon manat ayrıldı
Manat bir az daha ucuzlaşdı
Təhsil infrastrukturuna 830 min manat ayrıldı

Azərbaycan manatı - 28 il dövriyyədə

1126
(Yenilənib 16:03 15.08.2020)
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafika milli valyutamız olan manata həsr olunub. Artıq üçüncü onillikdir ki, öz valyutamız tədavüldədir.
© Sputnik / Elnur Salayev

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 28 il keçir.

Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. 

1126

Azərbaycanın qeyri-neft ixracatı: lider dövlət şirkətləri

1086
(Yenilənib 20:32 10.08.2020)
Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.
İnfoqrafika: Qeyri-neft sektorunda ixracatçı dövlət müəssisələri
© Sputnik / Elnur Salayev

Statistika qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin ixrac göstəricilərini hesablayıb: Milli reytinqə üç enerji və hasilat müəssisəsi rəhbərlik edir.

Son statistik məlumatlara görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru məhsullarını ixrac edən dövlət şirkətlərinin reytinqinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi əməliyyatlar və marketinq şöbəsi başçılıq edib. O, xaricə 71,1 milyon dollarlıq məhsul satıb.

SOCAR-ın ən yaxın təqibçisi qismində dünya bazarlarına 43,1 milyon dollarlıq məhsul ixrac edən "AzerGold" qızıl hasilatı şirkəti çıxış edir.

Dövlət şirkətləri arasında ixracda ən uğurlu üçlüyü energetika sektorunun nümayəndəsi "Azərenerji" ASC bağlayır.

Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

1086
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

0
(Yenilənib 00:13 16.08.2020)
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Rusiya alimləri infeksiayay qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

0