BAKI, 9 iyun — Sputnik. Azərbaycanda növbəti çimərlik mövsümünün açılmasına düz bir həftə qalıb. Amma çoxları Abşeron sularının özündə saxladığı gizlinləri hələ də bilmirlər.
Sputnik Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yarımadanın əsas çimərliklərindəki suyun keyfiyyətinin vəziyyəti ilə bağlı apardığı monitorinq əsasında hazırlanmış infoqrafikanı təqdim edir.
Tədqiqatın nəticələri ilə tanış olandan sonra bir çoxları Bakı və Sumqayıtın bəzi çimərliklərinə getmək fikrindən imtina edə bilərlər. Buna səbəb, Abşeron yarımadasının sahil xətti yaxınlığındakı dəniz suyunda aşkar edilmiş təhlükəli bakteriyalardır.
Amma təhlükəli çimərliklərin sayı barmaqla sayılacaq qədərdir. Digər çimərliklərin təhlükəsizliyi ekspertlər tərəfindən təsdiq edilib.
İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.
Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.
Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.
Güclü ordu hər zaman dövlətin ən vacib elementlərindən biri hesab olunub və müxtəlif ixtisaslaşmış nəşrlər, analitik qruplar vaxtaşırı silahlı qüvvələrin gücü baxımından ölkələrin tematik reytinq cədvəllərini hazırlayır. Sputnik Azərbaycan-ın infoqrafikası Avropa ölkələrinin ən güclü ordularının xəritəsini əks etdirir.
Gözlənildiyi kimi, reytinq cədvəlində hərbi gücünə görə lider ölkə Rusiya Federasiyasıdır, sonrakı yerləri isə Qərbi Avropanın iki ölkəsi tutur: Fransa və Böyük Britaniya.
Mövcud reytinq cədvəli yalnız hərbi texnikanın kəmiyyət göstəriciləri və hərbçilərin sayı əsasında tərtib edilmir. Analitiklər neft məhsulları ilə təchizat, infrastrukturun inkişafı və bir sıra başqa amilləri də nəzərə alıblar. Ümumilikdə, reytinq 50 göstərici əsasında müəyyən olunur.
BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.