Azərbaycanın qədim zərb musiqi alətləri

4638
(Yenilənib 15:05 24.05.2017)
Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox qədimlərə gedib çıxır
© Sputnik / Elnur Salayev

Hələ qədim dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaradıblar. 

Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatıb.

Zərb alətləri qədim dövrdən ölkəmizdə şənliklərdə və hərb zamanı geniş istifadə olunub. Təəssüf ki, illər ötdükcə onlardan bir çoxu unudulur, yerini elektron musiqi alətlərinə verir.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanın müxtəlif bölgələrində keçmişdən bəri istifadə olunan zərb alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

4638

Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət

1014
(Yenilənib 12:17 14.09.2021)
Yer kürəsində əhali sıxlığı məsələsi ildən-ilə aktuallaşır. Belə hesab olunur ki, hazırkı yüzilliyin sonunda dünyada insanların sayının yüksək templə artması həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
İnfoqrafika: Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət
© Sputnik / Elnur Salayev

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, XXI əsrin sonlarına yaxın dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq. O cümlədən, belə hesab olunur ki, gələcək 30 il ərzində Azərbaycanın əhalisi bir milyon nəfər çoxalacaq. Bununla belə, doğum göstəriciləri mütəmadi olaraq aşağı düşür, ömür müddəti isə bir qədər artır.

Hələ ötən əsrin əvvəllərində dünyada cəmi iki milyard insan yaşayırdı. Hazırda planetimizin sakinlərinin sayı 7,9 milyard nəfərə çatıb və bu göstərici artmaqda davam edir.

Bu vəziyyət əhalinin sayı, ətraf mühitin çirklənməsi, həyat keyfiyyətinin aşağı düşməsi, aclıq və münaqişələrə gətirib çıxara bilər. Alimlərin proqnozları ürəkaçan heç nə vəd etmir və bizə gələcək dəyişikliklərə hazır olmağın vacibliyini xatırladır.

Sputnik Azərbaycan-ın infoqrafikasında postsovet ölkələrində əhalinin sayı ilə əlaqədar vəziyyətin necə dəyişdiyi və insanların yaşam müddəti ilə bağlı göstəricilər öz əksini tapıb.

 

1014

Əhalinin COVID pasportuna münasibəti

1558
(Yenilənib 11:06 11.09.2021)
,
Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 1-də ölkədə tətbiq olunan dəyişiklikləri nəzərə alaraq əhali arasında sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.
İnfoqrafika: ƏHALİINİN VAKSİNASİYAYA MÜNASİBƏTİ
© Sputnik / Elnur Salayev

Hazırda bütün dünyanı cənginə almış koronavirusla mübarizədə ən optimal variant peyvənd hesab olunur. Ancaq başqa ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında vaksinasiyaya münasibət birmənalı deyil. Bununla belə, sentyabrın 1-də ölkədə peyvənd vurdurmayan şəxslər üçün həyat bir xeyli çətinləşib.

Artıq COVID pasportu olmayanlar "mall"-larda alış-veriş edə bilməz, kafe-restoranların isə yalnız terras və bağçasında oturub nahar etməyə icazə verilir. Bir sıra başqa məhdudiyyətlər də nəzərdə tutulub.

Belə ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən:

– dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir;

– Sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

– Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Sosial Tədqiqatlar Mərkəzi bu dəyişiklikləri nəzərə alaraq əhali arasında COVID pasportu ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.

1558
Teqlər:
COVID-19, Koronavirus, COVID-19 pasportu
Yataq

Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır

0
(Yenilənib 09:54 17.09.2021)
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir

BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.

Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.

"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.

O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.

"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.

Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.

"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.

Eləcə də oxuyun:

0
Teqlər:
mobil telefon, sağlamlıq, şüa, enerji