Naxçıvan Muxtar Respublikasının ildönümü

1024
Bəzi mənbələrə görə, Naxçıvan Nuh peyğəmbərin məskənidir və "Naxçıvan" sözü "Nuh çıxan" ifadəsindən əmələ gəlib
Naxçıvan Muxtar Respublikası
© Sputnik / Elnur Salayev

Qədim Azərbaycan torpağı olan Naxçıvanda tədqiqatlara görə ilk insanlar 500-300 min il bundan əvvəl məskunlaşıblar

E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olub. 

Daha sonra Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlərin tərkibində olan Naxçıvanda 1747-ci ildə müstəqil xanlıq yaradılıb.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə daxil olan vilayətdə 1918-ci ildə Araz-Türk Respublikası yaradılıb.

1920-ci ildəki bolşevik işğalından sonra 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olundu.

Vilayət 1990-cı ildən etibarən Naxçıvan Muxtar Respublikası adlanır.

Bu bölgənin tarixi və özəllikləri ilə daha geniş Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

1024
Teqlər:
Araz-Türk Respublikası, Rusiya imperiyası, Manna, Midiya, Naxçıvan Muxtar Respublikası, Naxçıvan, Azərbaycan

"Quran"da adları çəkilən peyğəmbərlər nəçi olublar

2579
Müqəddəs kitabda onlarla peyğəmbərin adı çəkilir ki, onların arasında əkinçilər, tacirlər, dənizçilər və dülgərlər, hətta bağbanlar olub
Peyğəmbərlərin peşələri nə olub?
© Sputnik / Elnur Salayev

Din tarixinə görə, 124 min peyğəmbər olub, amma onların çoxunun adı və məşğuliyyəti məlum deyil. Müsəlmanların müqəddəs kitabı olan "Quran"da 30-dan az peyğəmbərin adı çəkilir.

Sputnik Azərbaycan-ın Ramazan ayı münasibətilə hazırladığı infoqrafikada "Quran"da adı çəkilən peyğəmbərlərin məşğuliyyətləri əksini tapıb.

Eləcə də oxuyun: 

* Allahşükür Paşazadə: "Ermənilər iftira atır, yalan danışırlar"

* Teoloq: “Orucluq insanlar arasında sosial bərabərlik yaradır

Şuşada bayram namazı - VİDEO

 

2579
Teqlər:
peşə, peyğəmbər

Böyük lider: Heydər Əliyevin həyat yolu

2504
Müasir Azərbaycan dövlətinin qurucusu, ölkənin və bütün türk dünyasının müasir tarixində dərin iz qoymuş Heydər Əliyev 98 il əvvəl anadan olub.
İnfoqrafika: Azərbaycanın dahi lideri
© Sputnik / Elnur Salayev

Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkənin müasir tarixində vacib rol oynayıb. Onun həyat yoluna Sputnik Azərbaycan-ın infoqrafikasında baxa bilərsiz.

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Prezident İlham Əliyev Cıdır düzündə
© Official website of President of Azerbaijan Republic

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. O, həmin illərdə Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.

1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri olub və ona general-mayor adı verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulunda keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və respublikanın rəhbəri olub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Heydər Əliyev 20 il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

 1990-cı ilin iyulunda Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb. Azərbaycanın o dövrkü rəhbərliyi onu Bakıya rəsmən dəvət etməyə məcbur olub.

 Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini geri götürüb.

2003-cü il dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Eləcə də oxuyun: 

* İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

* Prezident İlham Əliyev ulu öndərlə bağlı paylaşım edib: "Şuşasız Qarabağ yoxdur

 

2504
Teqlər:
infoqrafika, Heydər Əliyev
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0