Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç

190
(Yenilənib 10:55 22.09.2016)
"Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv naviqatoru əcnəbi abituriyentlərə hesablanıb. Layihənin final versiyasına Rusiya Federasiyasının 207 ali məktəbi daxil edilib.
© Rossotrudniçestvo

Layihə "Rossiya seqodnya" BİA sosial naviqatoru və Sputnik beynəlxalq agentliyi tərəfindən "Rossotrudniçestvo"nun dəstəyi ilə həyata keçirilir.

Naviqatorun final versiyasına ümumilikdə Rusiya Federasiyasının daha çox əcnəbi vətəndaşa təhsil verən  207 ali məktəbi daxil olub (Təhsildə əməkdaşlıq üzrə agentliyin məlumatlarına görə). 

"Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv naviqatoru əcnəbi abituriyentlər üçün nəzərdə tutulub. O yaxın və uzaq xaucdən olan əcnəbi vətəndaşlara ali peşəkar təhsil almaq üçün Rusiya təhsil müəssisələrinin imkanları və üstünlükləri barədə öyrənməyə kömək edəcək.

Belə ki, potensial abituriyentlər ali məktəbin fəaliyyəti, onun təhsil və elmi istiqaməti, beynəlxalq reytinqlərdə iştirakı, təhsil haqqı və müvafiq xərclər (yaşama, qida, sığorta, ədəbiyyat), yataqxanaların, rus dili kurslarının, uyğun tədris formasının olub-olmaması, təhsil alan əcnəbi vətəndaşların sayı, müsabiqə, sənərlərin verilmə müddəti, idman infrstrukturu (hovuz və idman kompleksinin olub-olmamsı) barədə məlumat əldə edə bilərlər.

190
Teqlər:
Rusiya universitetləri, ali təhsil, sosial naviqator, Rusiya Federasiyası

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

29
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanın Dövlət Büdcəsi

1975
(Yenilənib 01:04 18.10.2020)
Gələn il dövlət büdcəsində kəsirin 3.368 milyard manatdan 1.52 milyar manatadək azalacağı gözlənilir
İnfoqrafika: Azərbaycanın büdcəsi
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin layihəsinə əsasən, gəlirlər 24.327 milyard manat həcmində proqnozlaşdırılır, bu isə 2020-ci ilin proqnozundan 0.8% çoxdur.

Azərbaycan dövlət büdcəsinin gələn il üçün layihəsinə “Büdcə sistemi haqda” mövcud qanuna görə, oktyabrın 15-dən Azərbaycan Respublikasının Milli Məclisində baxılacaq.

2021-ci ildə xəzinənin xərclərinin 25.847 milyard manat olacağı gözlənilir, bu isə hökumətin 2020-ci ildə xərcləməyi planlaşdırdığından 6% azdır.

Nəticədə gələn ilin büdcəsində kəsir 2020-ci illə müqayisədə 3.368 milyard manatdan 1.52 milyard manatadək azalacaq. 2021-ci ildə Azərbaycanın Ümummilli Daxili Məhsulu 75.4 milyard manata çatmalıdır.  

Azərbaycanın 2020 və 2021-ci il üçün büdcəsi barədə daha dolğun məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında izləyin.

1975
Генеральная прокуратура Азербайджанской Республики

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

0
(Yenilənib 11:20 21.10.2020)
Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

BAKI, 21 oktyabr - Sputnik. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə