Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi

117
Rio-de-Janeyrodakı bütün olimpiya obyektləri Sputnik-in infoqrafikasında.
Rio-de-Janeyroda olimpiya obyektləri
© Sputnik / Elnur Salayev

Yay Olimipya oyunları Rio-de-Janeyroda (Braziliya) avqustun 5-21-i aralığında keçiriləcək. 

Olimpiya obyektlərinin əsas hissəsi Rio-de-Janeyronun kənarlarında yerləşir və 4 klasterdə cəmləşib — Barra, Kopakabana, Deodoro və Marakana. 

Rio 2016-nın mərkəzi Barra olacaq. Burada idman obyektlərindən əlavə Olimpiya kəndi və Olimpiya parkı yerləşir. 

117

Cəbiş müəllim təqdim edir: Əfsanəvi partizan "Armed Mişel” yüz yaşında

1526
(Yenilənib 10:54 21.09.2020)
Cəbrayılovlar ailəsinin iki üzvü müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə adını tarixə yazdırmağı bacarıb.

Şəkinin Oxud kəndində yaşayan Cəbrayılovlar ailəsindən İkinci Dünya müharibəsinə könüllü olaraq 4 nəfər yollanıb. Onlardan ikisi müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə - Əhmədiyyə Cəbrayılov adını tarixə yazdırmağı bacarıb.

Cəbiş müəllim bu dəfə yüz yaşına çatmış əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında danışır.

1526

Bakı sakinləri taksidən necə istifadə edirlər

38
(Yenilənib 11:40 22.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Təhlil Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

38
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı
Pandemiya zamanı imtahan

Yüksək bal topladılar, üfüqdə ali məktəb görünürmü?

0
(Yenilənib 20:05 24.09.2020)
IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər".

BAKI, 24 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, M.Abbaszadənin sözlərinə görəə, I ixtisas qrupu üzrə 4 nəfər 400 baldan yuxarı nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib: "II ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. lll ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir.

Onun ali məktəbə qəbul ola bilməməyinin səbəbi budur ki, abituriyent yalnız bir ödənişsiz ixtisas yazıb. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər".

0
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası
Əlaqədar
Ali məktəblərə qəbul şərtləri dəyişməyəcək - DİM-dən rəsmi açıqlama
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Ali məktəblərə qəbulun nəticələri açıqlandı