Ramazan ayının təqvimi

5045
Müqəddəs Ramazan ayının başlamasına saatlar qalıb.
Ramazan ayı təqvimi
© Sputnik

Ayın göründüyü  andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti  başlayacaq. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən  xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. 

Sputnik öz infoqrafikasında Ramazan təqvimini oxucularına təqdim edir. Rayonlar üzrə təqvimlə buradan tanış ola bilərsiniz. 

5045

Cənnət meyvəsi: xurmanın faydaları nələrdir

32
(Yenilənib 13:33 19.04.2021)
Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın insan orqanizminə faydası və bu şirin meyvənin pəhriz saxlayanlar üçün mümkün ziyanından bəhs olunur.
İnfoqrafika: Xurmanın faydası
© Sputnik / Elnur Salayev

Xurma ta qədimdən çox faydalı meyvə hesab olunub və müqəddəs Ramazan ayında istifadəsi dəfələrlə artır. Belə hesab olunur ki, orucluqda iftarı xurma ilə açmaq daha məqbuldur.

Xurmanın insan orqanizminə faydasını saymaqla qurtarmaz. Bu şirin və ləzzətli meyvənin tərkibində, demək olar ki, orqanizmə lazım olan bütün faydalı maddələr, vitaminlər və mikroelementlər var.

Artıq çoxdan sübut olunub ki, qida rasionuna bu meyvəni daxil etməklə ürək damarlarını və immuniteti xeyli möhkəmləndirmək və ürək xəstəliklərinin inkişafının qarşısını almaq mümkündür.

Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın bütün faydalı xüsusiyyətləri ilə tanış ola bilərsiniz.

32
Teqlər:
infoqrafika, xurmanın faydaları, xurma

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

517
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

517
Məktəb, arxiv şəkli

Övladları 1-ci sinfə gedəcək valideynlərin nəzərinə - Yenidən şəxsi kabinet açmağa...

0
(Yenilənib 16:25 20.04.2021)
Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

BAKI, 20 aprel — Sputnik. Təhsil Nazirliyi sosial şəbəkə hesabında 2021-2022-ci tədris ili üzrə canlı yayımda birinci sinfə qəbulla bağlı vətəndaşların suallarını cavablandırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, canlı yayımda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari tədris ilindən elektron kabinetlərinin mövcud olduğunu bildirib: "Onlar üçün yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur. Valideynlər sadəcə həmin login və şifrə ilə özlərinə məxsus şəxsi kabinetlərinə daxil olaraq övladlarının məktəb seçimini və digər prosesləri həyata keçirə bilərlər".

Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

0
Teqlər:
"Şəxsi kabinet", valideynlər, qəbul, birinci sinif