Əsrlərdir ki, Azərbaycanda hər il fevralın axırıncı çərşənbə axşamından etibarən Novruz bayramının hazırlıqlarına başlanılır. Bir ay ərzində dörd həftənin hər çərşənbə axşamı günündə "çərşənbə" qeyd olunur.
Bu gün isə onlardan axırıncısı — "torpaq çərşənbəsi"dir. Bu bayramlar baharın gəlişini xəbər verən təbiətin dörd ünsürünü simvolizə edir.
Ənənəyə görə, bu günlərdə Azərbaycanda bayram süfrələri açılır. Mütləq hər bir evdə milli şirniyyatlar olmalıdır. Zəngin valehedici dada malik bu şirniyyatlara qarşı heç kəs laqeyd qala bilmir. Bu, yüksək kalorili şirniyyatların yeganə xoşa gəlməyən tərəfi artıq çəkiyə səbəb olmasıdır.
Sputnik Azərbaycanın redaksiyası Novruz şirniyyatlarının kalorisini və bayram günlərində toplanan bu "dadlı" kaloridən qurtulmağın yollarını göstərən xüsusi infoqrafika tərtib edib.
İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.
Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.
Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.
Güclü ordu hər zaman dövlətin ən vacib elementlərindən biri hesab olunub və müxtəlif ixtisaslaşmış nəşrlər, analitik qruplar vaxtaşırı silahlı qüvvələrin gücü baxımından ölkələrin tematik reytinq cədvəllərini hazırlayır. Sputnik Azərbaycan-ın infoqrafikası Avropa ölkələrinin ən güclü ordularının xəritəsini əks etdirir.
Gözlənildiyi kimi, reytinq cədvəlində hərbi gücünə görə lider ölkə Rusiya Federasiyasıdır, sonrakı yerləri isə Qərbi Avropanın iki ölkəsi tutur: Fransa və Böyük Britaniya.
Mövcud reytinq cədvəli yalnız hərbi texnikanın kəmiyyət göstəriciləri və hərbçilərin sayı əsasında tərtib edilmir. Analitiklər neft məhsulları ilə təchizat, infrastrukturun inkişafı və bir sıra başqa amilləri də nəzərə alıblar. Ümumilikdə, reytinq 50 göstərici əsasında müəyyən olunur.
BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar.
Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib.
Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib.
Hələlik aksiyanın dinc keçdiyi bildirilir.
#SputnikVidéo | Malgré la neige, de nombreux manifestants sont descendus dans les rues de #Paris ce samedi pour manifester contre la #LoiSécuritéGlobalehttps://t.co/w3gq05qxxo pic.twitter.com/QKo9MjhgPc
— Sputnik France (@sputnik_fr) January 16, 2021
Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur.
Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.