Bəzən kişilərə elə gəlir ki, qadınlara hədiyyə seçmək asandır və bunu üçün xüsusi olaraq, baş sındırmağa ehtiyac yoxdur. Amma hər il martın 8 ərəfəsi bütün kişilər çətin seçim qarşısında qalırlar: öz sevdikləri qadınlarını hansı hədiyyə ilə təəcübləndirsinlər? Bu infoqrafika sizi az da olsa bu yorucu düşüncələrdən azad edər və hədiyyə seçimində səhv etməkdən sığortalaya bilər.
1992-ci ildə XX əsrin ən qanlı faciələrindən biri - erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi baş verib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi qanlı soyqırımı nəticəsində 613 mülki şəxs qətlə yetirilib, 487 nəfər aldığı güllə yarasından əlil olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl insan var.
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.
Faciənin baş verdiyi gecə 1275 mülki şəxs girov götürülüb ki, onlardan da 150 nəfərin taleyi hələ məlum deyil.
Fevralın 26-da paytaxtın təhsil müəssisələrində ilk dərs Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi şəhərin təhsil müəssisələrində bir sıra tədbirlərin təşkili üçün xüsusi plan hazırlayıb.
Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı.
Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib.
Cəbiş müəllimin bugünkü qəhrəmanı Qarabağın xan nəslinin sonuncu varisi görkəmli şair, rəssam və xeyriyyəçi xan qızı Xurşidbanu Natəvandır.
BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.
Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.