İkinci Dünya müharibəsində sovet alman ordularının silahları

3440
(Yenilənib 14:48 08.05.2021)
Sputnik Böyük Vətən Müharibəsi ərəfəsində SSRİ və Almaniyanın silahlanmasını əks etdirən infoqrafika hazırlayıb. 
İkinci dünya müharibəsi dövründə SSRİ və Almaniyanın silahları
© Sputnik

Fevralın 23-ü Fəhlə-Kəndli Qızıl Ordunun, yəni sovet ordusunun yaranma günüdür. Keçmiş SSRİ ərazisində bu gün həm də qeyri-rəsmi olaraq “Kişilər günü” kimi qeyd olunurdu. 

Məlum səbəblərdən Azərbaycanda artıq “Kişilər günü”nün vaxtı dəyişib. Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin yenə də 23 fevral gəldikdə qeyri-ixtiyari “kişilər günü” yadına düşən çoxsaylı vətəndaşlarımız var. Onların arasında sovet ordusunun sıralarında hərbi xidmət keçmiş və yaxud Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslər az deyil. 

Rəsmi rəqəmlərə əsasən, Azərbaycan 600 mindən artıq vətəndaşını faşist Almaniyasına qarşı döyüşməyə göndərib. Onların ən azı yarısı həlak olub. Bu gün biz həmin müharibədə şücaətlər göstərmiş Həzi Aslanov, İsrafil Məmmədov, Hüseynbala Əliyev və digərlərinin adlarını fəxrlə çəkirik. Onlar öz dövrünün ən güclü hərb maşınlarından biri olan Vermaxtla (alman ordusu) üz-üzə gəlsələr də, bu sınaqdan üzüağ çıxıblar. SSRİ ilə toqquşmadan əvvəl Almaniya Avropa ölkələrini bir-birinin ardınca işğal edirdi. Bəzən Almaniyanın apardığı müharibələr 1 gün çəkirdi. 

Sputnik Böyük Vətən Müharibəsi ərəfəsində SSRİ və Almaniyanın silahlanmasını əks etdirən infoqrafika hazırlayıb. 

İnfoqrafika bir daha babalarımızın qarşılaşdığı müharibə maşınının qüvvəsini nümayiş etdirir.

3440
Mövzu:
Faşizm üzərində qələbə (6)

Bakıda AVRO-2020 oyunları

39
(Yenilənib 08:55 12.06.2021)
Bakı koronovirus pandemiyası səbəbindən təxirə salınan 2020-ci il Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.
İnfoqrafika: Bakıda AVRO-2020 oyunları
© Sputnik / Elnur Salayev

AVRO-2020 dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Onlardan üçü "A" qrupu oyunlarıdır və İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq. Azərbaycanın paytaxtı, eləcə də, iyulun 3-də AVRO-2020-nin 1/4 final oyununa ev sahibliyi edəcək.

Qeyd edək ki, bir qədər bundan əvvəl Bakıda keçirilən AVRO-2020 oyunlarının təşkilat komitəsi və AR Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa çempionatı oyunları vaxtı Bakı Olimpiya Stadionundakı yerlərin 50%-nin tutulacağına zəmanət verib.

Bakıda keçirilən AVRO-2020 oyunlarının xarici ölkələrdən olan azarkeşləri UEFA-dan bilet aldıqları və akkreditasiyadan keçdikləri təqdirdə Heydər Əliyev Hava Limanında sadələşdirilmiş qaydada viza ala bilir. AVRO-2020 oyunlarına bilet satışı mayın 15-dən başlayıb. Son məlumatlara görə, ümumilikdə 44 min bilet satılıb. İsveçrə və Uels komandaları arasında keçiriləcək ilk oyuna 6 min bilet satmaq mümkün olub. Türkiyə və Uels yığma komandalarının qarşılaşacağı ikinci oyuna isə 18 min bilet satılıb. Azarkeşlər Türkiyə və İsveçrə komandaları arasında baş tutacaq 1/4 final oyununa daha böyük maraq göstərərək 20 min bilet əldə ediblər.

39

Azərbaycanda sığorta: əhalinin yarıdan çoxu sığorta sahəsində mənfi təcrübəyə malik deyil

1562
(Yenilənib 12:17 09.06.2021)
Azərbaycanda əhalinin və müəssisələrin sığorta savadlılığı və maarifləndirilməsi sahəsindəki vəziyyətlə Sputnik Azərbaycanın infoqrafikasından tanış ola bilərsiniz.
İnfoqrafika: Azərbaycanda sığorta
© Sputnik / Elnur Salayev

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum" çərçivəsində keçirilmiş sorğunun nəticəsi açıqlanıb.

2150 respondent arasında keçirilmiş sorğu nəticəsində aydın olub ki, əhalinin 19%-i, biznes subyektlərinin isə 12%-i məhz həmin il hər hansı bir sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir. Bundan başqa, məlum olub ki, respondentlərin 37%-i əmlak, 35%-i isə avtomobil sığortası barədə məlumatlandırılıb.

Müəssisələrə gəlincə, onlardan yalnız 12%-i sığorta müqavilələrini yeniləmir, 47%-i əmlak, 48%-i isə avtomobil sığortası üzrə məlumatlandırılıb.

Bundan başqa, Azərbaycanda əhalinin 63%-i sığorta sahəsində mənfi təcrübəyə malik deyil və ölkə vətəndaşlarının yalnız 43%-i aktiv şəkildə sığorta xidmətlərindən yararlanır.

Ölkədəki müəssisələrin isə 71%-i sığorta ilə bağlı mənfi hal yaşamayıb. Müəssisələrin 61%-i bu xidmət növündən fəal şəkildə istifadə edir.

Sorğunun nəticəsinə əsasən, əhali qrupundan olan respondentlərin 45%-i sığorta barədə məlumatı sığorta şirkətlərindən, 25%-i isə digər şəxslərdən alır. Müəssisələrin 36%-i sığorta barədə məlumatı telekanallardan, 32%-i isə internet portallarından və xəbər saytlarından alır.

Eləcə də oxuyun:

1562
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0