50 milyon azərbaycanlı dünyanın hansı ölkələrində yaşayır

9267
(Yenilənib 18:36 30.12.2015)
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılar dünyanın 5 qitəsində məskunlaşıblar. Soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların sayı
© Sputnik

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi qərarı 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilib. 

Azərbaycanlıların müxtəlif qitələrdə üzrə sayı:

Avropa — 765300

Asiya — 48682700

Amerika — 620000

Avstraliya — 10000

Qеyd: Azərbaycanlıların sayı barədə statistika bеynəlxalq qеyri-hökumət təşkilatlarının hеsabatları, azərbaycanlıların məskunlaşdığı ölkələrin müvafiq dövlət оrqanlarının rəsmi sənədləri, Diaspоrla İş üzrə Dövlət Kоmitəsinin apardığı araşdırmalar, Azərbaycan Rеspublikasının Xarici ölkələrdəki diplоmatik nümayəndəliklərinin və Azərbaycan diaspоr təşkilatlarının vеrdiyi məlumatlar,  Dünya Azərbaycanlılarının I Qurultayının Hеsabat məruzəsi, habеlə bu mövzuya həsr оlunmuş еlmi-tədqiqat əsərlərində əksini tapmış infоrmasiyalar əsasında hazırlanmışdır.

Bəzi bеynəlxalq qurumların, qеyri-hökumət təşkilatlarının və bir çоx ölkələrin müvafiq dövlət оrqanlarının məlumatlarında azərbaycanlıların sayının оbyеktiv və ya subyеktiv səbəblərdən qеyri-dəqiq göstərilməsi, habеlə bəzi azərbaycanlıların sənədlərində milli mənsubiyyətlərinin təhrif оlunması (xüsusilə Türkiyə Respublikası və İran İslam Respublikasında yaşayanlar, habelə bu ölkələrdən üçüncü dövlətlərin ərazisinə köçənlər) xaricdə yaşayan sоydaşlarımızın dəqiq sayını müəyyənləşdirməkdə çətinlik yaradır.

Bəzi ölkələr isə (İran, Türkmənistan) əhalinin siyahıya alınmasının nəticələrini açıqlamır. 

Bununla yanaşı, azərbaycanlıların bir çоxu miqrasiya еtdiyi ölkələrdə müvafiq dövlət оrqanlarında qеydiyyata düşmədiklərindən оnların dəqiq sayını müəyyən еtmək mümkün dеyil.

Təqdim оlunmuş siyahıda əksini tapmış məlumat əsasən rəsmi məlumatlara istinadən hazırlanmışdır. Bununla bеlə məlumatlarda qеyri-dəqiqliyin оlması istisna еdilmir.

9267

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

179
(Yenilənib 12:12 27.11.2020)
1 oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.
İnfoqrafika: Orta aylıq əməkhaqqı
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

179
Teqlər:
muzdlu işçilər, muzdlu, orta aylıq nominal əmək haqqı

Azərbaycanın xarici ticarət göstəriciləri

128
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

128

Suqovuşana həyat qayıdır - FOTO

0
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

0
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan