Yaponlar atom bombardmanına görə ABŞ-dan üzr gözləyirlər

72
(Yenilənib 23:30 06.08.2015)
Cəmi 11% hesab edir ki, üzr istəmək vacib deyil.
Большинство японцев считают, что бомбардировки Хиросимы и Нагасаки нельзя оправдать войной
© Sputnik

"Sputnik.Мнения" çərivəsində Populus şirkətinin Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu üçün Yaponiyada keçirdiyi yeni sorğuya əsasən, rəyi soruşulan yaponiyalıların əksəriyyəti (61%) hesab edir ki, ABŞ Xirosima və Naqasakinin bombalanmasına görə üzr istəməlidir. Respondentlərin 74%-i isə güman edirlər ki, bobardmanları müharibə ilə izah etmək mümkün deyil, çünki çoxlu sayda mülki vətəndaş həlak olub.

"Necə bilirsiniz, ABŞ 1945-ci ildə Xirosima və Naqasakinin bombalanmasının qurbanlarından rəsmi şəkildə üzr istəməlidir, ya yox?" sualına yaponların çoxu (61%) müsbət cavab verib. Cəmi 11% hesab edir ki, üzr istəmək vacib deyil. Təxminən 30% suala cavab verə bilməyiblər, 18-24 yaşlı gənclər arasında şübhələli qalanların sayı xüsusilə çoxdur: rəyi soruşulanların 40%-dən çoxu suala cavab verməyə çətinlik çəkiblər. 

İkinci sual iki hissəli olub. Birinci hissədə deyilir: "Xirosima və Naqasakinin bombardmanları müharibəyə son qoymaq üçün atılmış addımlar idi və əks halda müharibə davam edə bilərdi". Bununla rəyi soruşulanların yalnız 10%-i razılaşıb. İkinci hissədə isə bildirilir: "Xirosima və Naqasakinin bombalanmasına müharibə ilə haqq qazandırmaq olmaz, çünki nəticədə kütləvi şəkildə mülki vətəndaşlar qırılıblar". Bu iddia ilə respondentlərin 74%-i razılaşıb.

Sorğu Populus şirkəti tərəfindən Sputnik agentliyi üçün 2015-ci ilin 29 iyul — 2 avqust aralığında onlayn-müsahibə metodologiyası ilə 18-64 yaşları arasında olan 1004 nəfər arasında keçirilib. 

"Sputnik.Мнения" 2014-cü ilin iyulunda start götürmüş ictimai fikrin öyrənilməsi üzrə beynəlxalq layihədir. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq ən aktual sosial və siyasi məsələlər üzrə ictimai fikri öyrənmək üçün sorğular keçirilir. Yaponiyadakı sorğunun tərəfdaşı qismində Böyük Briyaniyanın məşhur araşdıma şirkəti Populus çıxış edib. Sputnik (sputniknews.com) – onlarla ölkədə multimedia informasiya bölmələri olan xəbərlər agentliyi və radiodur. Sputnik-ə saytlar, analoq və rəqəmli radioyayım, mobil tətbiqlər və sosial şəbəkələrdə səhifələr daxildir.

72

Ən sürətli internet kimdədir?

934
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

934

Avropada kimin ordusu daha güclüdür

1883
(Yenilənib 23:44 11.01.2021)
Sərəncamında ən təsirli hərbi qüvvələrin mövcud olduğu Avropa ölkələrinin xüsusi xəritəsi tərtib olunub.
© Sputnik / Elnur Salayev

Güclü ordu hər zaman dövlətin ən vacib elementlərindən biri hesab olunub və müxtəlif ixtisaslaşmış nəşrlər, analitik qruplar vaxtaşırı silahlı qüvvələrin gücü baxımından ölkələrin tematik reytinq cədvəllərini hazırlayır. Sputnik Azərbaycan-ın infoqrafikası Avropa ölkələrinin ən güclü ordularının xəritəsini əks etdirir.

Gözlənildiyi kimi, reytinq cədvəlində hərbi gücünə görə lider ölkə Rusiya Federasiyasıdır, sonrakı yerləri isə Qərbi Avropanın iki ölkəsi tutur: Fransa və Böyük Britaniya.

Mövcud reytinq cədvəli yalnız hərbi texnikanın kəmiyyət göstəriciləri və hərbçilərin sayı əsasında tərtib edilmir. Analitiklər neft məhsulları ilə təchizat, infrastrukturun inkişafı və bir sıra başqa amilləri də nəzərə alıblar. Ümumilikdə, reytinq 50 göstərici əsasında müəyyən olunur.

1883
Teqlər:
reytinq, güclü, ordu, Avropa

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0