Hamilə qadın, arxiv şəkli

On doqquz yaşlı qadın doğuşdan sonra dünyasını dəyişib

24
Fatimə Həziyeva Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin Perinatal şöbəsində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirdikdən sonra ölüb.

BAKI, 13 sentyabr - Sputnik. Cəlilabad rayonunda ana doğuşdan sonra vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Həziyeva Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin Perinatal şöbəsində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirdikdən sonra ölüb.

Doğulan uşağın yaşadığı bildirilir. Bu, qadının ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

24
Teqlər:
doğuş, qeysəriyyə, ölüm, Cəlilabad

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

10
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb. İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanla bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

10
Teqlər:
qətl, Türkiyə, qadın
Qandal, arxiv şəkli

Narkotik qəbul edib sükan arxasına keçdi

11
(Yenilənib 16:17 18.09.2021)
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

BAKI, 18 sentyabr — Sputnik. Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Eləcə də oxuyun:

11
Teqlər:
narkotik, taksi, polis, Yasamal, Bakı
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

4
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

4
Teqlər:
'exit-poll', Rusiya