L-410 təyyarəsi, arxiv şəkli

İrkutsk yaxınlığında təyyarənin sərt enişi nəticəsində bir nəfər həlak olub

20
L410 — regional hava yolları üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Bu təyyarə 1960-cı ildə Çexoslovakiyanın Let. müəssisəsi tərəfindən hazırlanıb. Təyyarənin kommersiya məqsədləri ilə istismarı 1973-cü ildə başlanıb.

BAKI, 12 sentyabr — Sputnik. Rusiyaya məxsus L-410 təyyarəsinin İrkutsk yaxınlığında sərt enişi nəticəsində bir nəfər həlak olub. Bu barədəd RİA Novosti-yə vahid növbətçi dispetçer xidmətindən məlumat verilib. 

Xatırladaq ki, Rusiyanın L-410 sərnişin təyyarəsi tayqada sərt eniş etməyə məcbur olub. Göyərtəsində 16 nəfərin olduğu təyyarə İrkutsk yaxınlığında yerə enib.

Yerli xidmətlərin məlumatına görə hadisə zamanı təyyarədə yanğın olub.

Sərnişinlərdən biri doğmalarına zəng vura bilib. Təyyarənin axtarışına Mi-8 vertolyotu və xilasetmə qrupu cəlb olunub.

FHN təyyarənin sərt eniş etməsi faktını təsdiqləyib.

L410 — regional hava yolları üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Bu təyyarə 1960-cı ildə Çexoslovakiyanın Let. müəssisəsi tərəfindən hazırlanıb. Təyyarənin kommersiya məqsədləri ilə istismarı 1973-cü ildə başlanıb.

20
Teqlər:
təyyarə

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

51
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.

Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.

Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.

Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.

Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.

Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

51
Teqlər:
sel, daşqın
Partlayış, arxiv şəkli

Qazax sakini minaya düşərək həlak olub

347
(Yenilənib 15:02 22.09.2021)
Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman Xanlıqlar kənd sakini idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

BAKI, 22 sentyabr — Sputnik. Qazax rayon sakini minaya düşərək həlak olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

© Sputnik / Ilham Mustafayev
Məmməd Mərdanovun yaşadığı ev

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Qazax rayon prokurorluğu rayon sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb. Rayon prokurorluğunun yaydığı məlumatda deyilir:

"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir".

Həmçinin oxuyun:

Ağdamda şirkət işçisi minaya düşüb

347
Teqlər:
mina, Qazax
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

0
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

0
Teqlər:
itkin, hərbi, hərbi əsir