DSX-nın hərbi qulluqçuları, arxiv şəkli

İran-Azərbaycan sərhədində atışma olub, yaralanan var

54
Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

BAKI, 10 sentyabr — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, birgə məlumatda deyilir:

"Sentyabr ayının 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının "Dayan" komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

© State Border Service of Azerbaijan Republic
Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində saxlanılan sərhəd pozucusu

Sərhəd pozucularından 1-i yaralanmış, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Qol nahiyəsindən yüngül yaralanmış sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, zəruri tibbi yardım göstərilmişdir. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim etmişdir. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılıb.

  • Sərhəd pozucularından götürülən bağlamalar
    © State Border Service of Azerbaijan Republic
  • Sərhəd pozucularından götürülən bağlamalar
    © State Border Service of Azerbaijan Republic
  • Sərhəd pozucularından götürülən bağlamalar
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Sərhəd pozucularından götürülən bağlamalar

Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılılıb.

Hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Həmçinin oxuyun:

Tarladan, yaxud da istehsaldan sərhədə - Qeyri-neft məhsullarının ixracatı artırılacaq

Millət vəkili: “Bu addımlar atıldıqdan sonra sərhədlərin açılması məsələsinə baxıla bilər”

54

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

593
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.

Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.

Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.

Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.

Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.

Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

593
Teqlər:
sel, daşqın
Partlayış, arxiv şəkli

Qazax sakini minaya düşərək həlak olub

348
(Yenilənib 15:02 22.09.2021)
Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman Xanlıqlar kənd sakini idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

BAKI, 22 sentyabr — Sputnik. Qazax rayon sakini minaya düşərək həlak olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

© Sputnik / Ilham Mustafayev
Məmməd Mərdanovun yaşadığı ev

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Qazax rayon prokurorluğu rayon sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb. Rayon prokurorluğunun yaydığı məlumatda deyilir:

"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir".

Həmçinin oxuyun:

Ağdamda şirkət işçisi minaya düşüb

348
Teqlər:
mina, Qazax
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub