Həkim səhvi ucbatından prodüserin vəziyyəti ağırlaşıb: Onu təcili Türkiyəyə aparıblar

823
(Yenilənib 17:47 03.09.2021)
Sayqa Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev və Qardaşxan Məmmədov tərəfindən əməliyyat edilib. İddiaya görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib.

BAKI, 3 sentyabr — Sputnik. Tanınmış prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırlaşdığından Türkiyəyə yola aparılıb. Bu barədə Sputnik Azərbaycan-a prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib.

Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev və Qardaşxan Məmmədov tərəfindən əməliyyat olunub. İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb:

"Sayqa xanımın böyrəyində daş əmələ gəlmişdi. İyul ayında əməliyyat olundu. Həkimlərin səhlənkarlığı ucbatından cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir, demək olar ki, heç nə veclərinə deyil.

Vəziyyəti pisləşən məşhur yaxınları tərəfindən Türkiyəyə yola salınıb: "Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb. Orada həkimlər təcili konsilium ediblər. Türkiyədəki həkimlər deyiblər ki, bu əməliyyat çox sadə bir əməliyyatdır. Hətta Türkiyədəki həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, bu problemlə bağlı həkimlər heç bir açıqlama vermək istəmirlər.

Həmçinin oxuyun: 

* Azərbaycanda süd vəzisini kiçildən qadının döşü çürüyür - FOTO

* Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu

823

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

593
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.

Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.

Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.

Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.

Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.

Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

593
Teqlər:
sel, daşqın
Partlayış, arxiv şəkli

Qazax sakini minaya düşərək həlak olub

348
(Yenilənib 15:02 22.09.2021)
Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman Xanlıqlar kənd sakini idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

BAKI, 22 sentyabr — Sputnik. Qazax rayon sakini minaya düşərək həlak olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

© Sputnik / Ilham Mustafayev
Məmməd Mərdanovun yaşadığı ev

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Qazax rayon prokurorluğu rayon sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb. Rayon prokurorluğunun yaydığı məlumatda deyilir:

"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir".

Həmçinin oxuyun:

Ağdamda şirkət işçisi minaya düşüb

348
Teqlər:
mina, Qazax
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

0
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

0
Teqlər:
Bülbül