Üzüm, arxiv şəkli

Bakıda üzüm kollarının kəsilməsinə görə cinayət işi açıldı

220
(Yenilənib 10:07 03.09.2021)
Cinayət Məcəlləsinin 259.1 maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

BAKI, 3 sentyabr - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.

Xətai Rayon Prokurorluğundan aparılan araşdırma materiallarına əlavə edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun:

Ekologiyaya qənim kəsilən şirkət cəzalandırılıb

Ekologiyaya qarşı cinayətlərin sayı məlum oldu

220
Qandal, arxiv şəkli

Narkotik qəbul edib sükan arxasına keçdi

9
(Yenilənib 16:17 18.09.2021)
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

BAKI, 18 sentyabr — Sputnik. Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Eləcə də oxuyun:

9
Teqlər:
narkotik, taksi, polis, Yasamal, Bakı

Qusarda leysan sakinləri çətinə saldı: FHN xilasetmə anlarını paylaşdı

12
(Yenilənib 15:07 18.09.2021)
Əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

BAKI, 18 sentyabr - Sputnik. Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.

Eləcə də oxuyun:

12
Teqlər:
Qusar, əkin, leysan, əməliyyat, xilasetmə, FHN, video
Həkim, arxiv şəkli

Bekarsınız? Psixoloq bunun gözlənilməz faydalarını açıqladı

0
(Yenilənib 22:36 18.09.2021)
Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur.

 

BAKI, 18 sentyabr — Sputnik. Çoxları istirahət etməyi və bekar olmağın faydalı ola biləcəyini unudub. Bu barədə Sputnik Radio-ya açıqlamasında Rusiyanın "Psixodemiya" Təhsil Mərkəzinin konsultativ psixologiya və psixoterapiya laboratoriyasının müdiri Nataliya Kiselnikova deyib.

Onun sözlərinə görə, məhsuldarlığa can atmaq insan həyatının daimi bir hissəsi olmamalıdır.

"Bekar olmaq, çətin ki, özü-özlüyündə nəticə hesab oluna, lakin o, dəyər ola bilər. Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur", - deyə Kiselnikova bildirib.

O vurğulayıb ki, əksəriyyət bekar olarkən özünü günahkar hiss edir ki, bu da insanın nə istirahətdən, nə də işdən həzz almaması ilə nəticələnir.

Psixoterapevtin sözlərinə görə, çoxlarının istirahət hesab etdiyi şey heç istirahət də deyil. Bura xəbərlərin oxunması və digər məlumat yüklənmələri daxildir. Kiselnikova insanlara hər gün ən az 15 dəqiqə tamamilə sakitlikdə qalmağı tövsiyə edir. Mütəxəssis vurğulayıb ki, bu heç də asan məsələ deyil.

Eləcə də oxuyun:

0