Bərdədə hadisə yerində

Amansız qətl: qardaş dostu ilə birləşib, qardaşini öldürüb

32
Mərhumun qaynatası Müsdəcəf Məmmədov deyir ki, 1 ilə yaxın imiş ki, qardaşlar arasında mübahsiə gedirmiş. Sonuncu dəfə qardaşların mübahisəsi, kənd ərazisindəki otlaq sahəsində olub.

BAKI, 29 avgust — Sputnik. Bərdədə dəhşəti qətl hadisəsi baş verib, qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. Hadisə rayonun Hacallı kəndində baş verib. Kənd sakini İnayət Nəzərov qardaşı Səxavət Nəzərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisənin təfərrüatları Sputnik Azərbaycan-ın bölgə müxbiri araşdırıb.

Hadisə Bərdənin Hacallı kəndində qeydə alınıb.  1984 cü il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyar Məmtiyevlə birləşərək, 33 yaşlı Səxavət Nəzərovu bıçaqlayaraq, öldürüb. Hadisənin təfərratlarını araşdırmaq üçün həmin kəndə yollanırıq, mərhumun yaxınları ilə həmsöhbət olmağa çalşışırıq.

Mərhumun qaynatası Müsdəcəf Məmmədov deyir ki, 1 ilə yaxın imiş ki, qardaşlar arasında mübahsiə gedirmiş. Sonuncu dəfə qardaşların mübahisəsi, kənd ərazisindəki otlaq sahəsində olub. İnayət Nəzərov dostu Şəhriyar Məmtiyevlə birllikdə özüdən kiçik qardaşı Səxavət Nəzərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər:

“Hadisə dünən axşam üstü təxminəm saat 7 radələrində baş verib. Mərhum gedib suyu kəsməyə. O da öz dostu ilə heyvanı suvarırmış. Orda bunun qabağını kəsib”.

Elə olanlar da bundan sonra baş verib.  Mərhumun qaynatası Müsdəcəf Məmmədovun sözlərinə görə mərhum öldürüləndən sonra gizlədilib.

© Sputnik / Emin Alisahib
Müsdəcəf Məmmədov
“Mərhum qətlə yetiriləndən sonra, gətirib tullayıblar, transformatırın içinə. Hərə bir söz deyir mən orda olmamışam. Burda camaat görüb bizə xəbər çatdı ki, Səxavəti öldürüblər. Biz o anda getdik ki, polis hamısı tökülüb ora. Millət hamısı yığışıb ordadı”.

Hadisədən bir neçə saat sonra yerli sakinlər bundan xəbər tutaraq hüquq-mühafizə orqanlarına və mərhumun ailə üzvlərinə xəbər veriblər. mərhumun qaynatası da hadisə yerinə gəlib. O, deyir:

“Cinayət saatlarında onun yanında dostu da olub və bu işdə hadisəni törədən şəxsə kömək edib. Deyilənə görə qatillər izi itirmək üçün mərhumun meyitini kənd ərazisində əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan elektrik transformatoruna ataraq, toka veriblər”.

Dərhal hadisə yerinə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Bəs qardaşalr arasında yaranan mübahisəyə səbəb nədir, sualımızı isə ailənin qohumu Nofəl Əliyev cavablandırır. O deyir ki, cinayətin törədilmə səbəbi qardaşlar arasında illər əvvəl yaranan qısqanclıq olub.

© Sputnik / Emin Alisahib
Nofəl Əliyev
“Hadisə qısqanclı zəmnində baş verib. Onlar daim dalaşırdılar. Həmişə aralarında münaqişə olurdu. Nə qədər ağsaqqallar yığışdı, nə qədər məsləhət verdilər yenə də eşitmədilər ağsaqqalı. Mərhumun 2 azyaşlı uşağı qaldı. Biri 5 gün idi ki, dünyaya gəlmişdi”.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

32
Teqlər:
qətl, Bərdə

Bakıya yağış yağıb, evləri su basıb

357
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

BAKI, 26 sentyabr - Sputnik. 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

357
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1244
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1244
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı
Türkiyənin Bakıdakı səfirliyi, arxiv şəkli

Türkiyə İsrail səfirliyində Anım Günü qeyd olundu

0
(Yenilənib 19:33 27.09.2021)
Türkiyə və İsrail səfirliyində 27 sentyabr Anım Günü qeyd olunub, şəhid övladları təhsil almaq üçün qardaş ölkəyə yola salınıb.

BAKI, 27 sentyabr — Sputnik. Türkiyənin Bakıdakı səfirliyində Anım Günü ilə bağlı tədbir və qardaş ölkədə təhsil almağa yollanan şəhid övladları ilə görüş keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, millət vəkili, "Tək millət, tək ürək" platformasının təşəbbüskarı Ramil Həsən, hər iki ölkədən ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Anım Günü ilə bağlı danışan Cahit Bağçı 27 sentyabr tarixinin zəfərə aparan yolun başlanğıcı olduğunu bildirib, şəhid ailələrinə və övladlarına sahib çıxmağın hər kəsin borcu olduğunu vurğulayıb. Türkiyədə təhsil alacaq şəhid övladlarına uğurlar arzulanıb, şəhidlərin layiqli davamçısı olacaqlarına əminlik ifadə olunub. Daha sonra şəhid övladlarının yolasalma mərasimi keçirilib.

Vətən müharibəsində həlak olanların xatirəsi İsrail səfirliyində də bir dəqiqəlik sükutla yad edilib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter"ində məlumat paylaşılıb: "Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq".

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Anım Günü ilə bağlı "Twitter" hesabından paylaşım edib. O, paylaşımında "27 sentyabr - Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm", -  deyə qeyd edib. 

0