Onlayn alış-veriş edən şəxs, arxiv şəkli

Bakıda iki nəfər onlayn satışla məşğul olan şirkətlərə 30 min manat ziyan vurdu

18
(Yenilənib 15:01 28.08.2021)
Son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçirənlər ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurublar.

BAKI, 28 avqust - Sputnik. Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsolları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların mümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən 2 nəfər saxlanılıb.

Daxili İşlər NAzirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm TinayevTurqut Quliyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar. Bu üsulla adları qeyd edilən şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.

Qeyd edək ki, bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Maraqlı burasındadır ki, Rüstəm Tinayev və Turqut Quliyev onlayn yolla sifariş verdikləri bütün avadanlıqların paytaxtın Nizami rayonunun ərazisinə gətirilməsini istəyiblər. Onlar zərərçəkənlərin, demək olar ki, əksəriyyətini bu rayonun ərazisində aldadıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələrin hər birini etiraf ediblər.

Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü  Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu  şəxslərin digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rüstəm Tinayev və Turqut Quliyev əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edə bilərlər.

Eləcə də oxuyun:

18
Teqlər:
soyğunçuluq, dələduzluq, ziyan, Bakı, onlayn sifariş
Qandal, arxiv şəkli

Narkotik qəbul edib sükan arxasına keçdi

9
(Yenilənib 16:17 18.09.2021)
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

BAKI, 18 sentyabr — Sputnik. Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Eləcə də oxuyun:

9
Teqlər:
narkotik, taksi, polis, Yasamal, Bakı

Qusarda leysan sakinləri çətinə saldı: FHN xilasetmə anlarını paylaşdı

13
(Yenilənib 15:07 18.09.2021)
Əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

BAKI, 18 sentyabr - Sputnik. Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.

Eləcə də oxuyun:

13
Teqlər:
Qusar, əkin, leysan, əməliyyat, xilasetmə, FHN, video

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər

0
Xəzər dənizinin tam xəritəsini hazırlamaq üçün məlumat toplayan gəmi 1857-ci ildə Abşeron yarımadasının sahilində pis hava şəraiti üzündən qəzaya uğrayıb, 22 nəfər həlak olub.

BAKI, 18 sentyabr - Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyətinin üzvləri Abşeronun Şüvəlan kəndində "Kuba" gəmisinin dənizçilərinin abidəsini ziyarət edərək 164 il əvvəl həlak olmuş həmkarlarının xatirəsini yad ediblər.

1857-ci il sentyabrın 14-də qəzaya uğrayan "Kuba" paroxodu Xəzər Astronomiya və Hidroqrafiya ekspedisiyasının rəhbərliyi ilə Xəzər dənizinin tədqiqatı ilə məşğul idi. İyirmi iki nəfərin həlak olduğu qəzada əlli yeddi nəfərin həyatını qurtarmaq mümkün olub. 

© Sputnik
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə

Təxminən bir əsr yarım əvvəl Həştərxandan yola salınan gəmi Xəzər dənizinin hərtərəfli və tam təsviri, onun dəqiq xəritəsinin hazırlanması tapşırığını almışdı. Ancaq qəza günü hava dumanlı, yağışlı idi, qasırğa gəmini Şüvəlan burnunda əvvəllər qeydə alınmayan sualtı daşlara çırpdı.

Bir qədər sonra qəza yerinin yaxınlığında memar İohann Edelin müəllifi olduğu abidə ucaldıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2005-ci ildə, Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi ərəfəsində abidə bərpa olundu.

© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

"Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə şənbə günü Bakıya gələn Rusiya HHD dənizçiləri qəza qurbanlarının abidəsi önünə güllər düzərək hərbi salam veriblər.

  • Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
1 / 3
© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

Qeyd edək ki, şənbə günü, sentyabrın 18-də dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər sentyabrın 20-dək davam edəcək.

 

0
Teqlər:
rusiyalı, hərbi dənizçilər, Bakı, Şüvəlan, xatirə, abidə