Qazaxıstanda polis postu

Yer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıb

28
(Yenilənib 13:42 27.08.2021)
Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda xəstəxanalara xeyli sayda xəsarət almış şəxsin yerləşdirildiyi bildirilir. Yaralıların altısının vəziyyəti ağırdır.

BAKI, 27 avqust — Sputnik. Qazaxıstanın cənubundakı hərbi hissədə silah anbarında baş vermiş partlayışla bağlı hadisənin şahidi danışıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər yayıb. Hadisənin baş verdiyi Taraz şəhərinin sakini Nadejda bildirib ki, axşamdan xeyli keçmiş əvvəl partlayış səsi eşidilib, ardınca isə səmada qığılcımlar görünüb. Bununla belə, qadın evini atıb getmək barədə fikirləşmədiyini deyib.

"Axşam saat 10 radələri idi (Bakı vaxtı ilə təxminən 19:00-red.), partlayış səsi eşitdik, sonra səmada işıq yanıb söndü. Yoldaşım dedi ki, yəqin haradasa evlərdən birində qaz partlayışı olub. Sonra yenə partlayış səsləri gəlməyə başladı. Nə olduğunu anlaya bilmədik. Tez həyətə düşdük, bizdən sağ tərəfdə göyün üzünü qırmızı işıq bürümüşdü. Biz oradan uzaqda yaşayırıq, demək olar ki, şəhərin o biri başında", – deyə Nadejda RİA Novostiyə danışıb.

Daha sonra qadın nəvəsindən partlayışın silah anbarında baş verdiyini öyrənib. Nadejda onu da bildirib ki, hazırda şəhərdə sakitlikdir, yalnız çoxlu sayda polis və yanğınsöndürən var.

Qeyd edək ki, avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.

Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.

Fakt üzrə Qazaxıstan Cinayət Məcələsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb. Ətraf kəndlərin sakinləri təxliyə olunublar. Hadisə yerində yanğın davam edir.

28
Teqlər:
Qazaxıstan, partlayış

Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb

29
(Yenilənib 19:39 24.09.2021)
Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də Qazax rayon sakini minaya düşərək həlak olub. Belə ki, Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Həmçinin oxuyun:

* Qazax sakini minaya düşərək həlak olub

* Ağdamda şirkət işçisi minaya düşüb

29
 İnsan silueti, arxiv şəkli

Bu rəzilliyi gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub

12
(Yenilənib 17:09 24.09.2021)
Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.

BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

12
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur

0
(Yenilənib 10:25 25.09.2021)
Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Həmçinin oxuyun:

COVID-19-a yoluxub sağalanlarda immunitet vaksin olunanlardan dəfələrlə güclüdür

0
Teqlər:
siqaret, yoluxma, COVID-19, Koronavirus