Yanğın, arxiv şəkli

Qəbələdə eyni məkanda yenidən yanğın başlayıb

12
Bir müddət öncə də Qəbələnin Solquca kəndində yanğın baş vermiş, avqustun 20-də söndürülmüşdü. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

BAKI, 26 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir müddət öncə də Qəbələnin Solquca kəndində yanğın baş vermiş, avqustun 20-də söndürülmüşdü.

Eləcə də oxuyun:

12
Teqlər:
Qəbələ, yanğın, meşə, dağlıq ərazi, FHN
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1154
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1154
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

1231
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

1231
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES