FHN işçiləri, arxiv şəkli

Bakıda yol kənarında yanğın tıxac yaratdı

21
(Yenilənib 15:41 24.08.2021)
Hazırda Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 24 avqust — Sputnik. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi ilə bağlı sıxlıq müşahidə edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Hazırda Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun verdiyi məlumata görə, Heydər Əliyev prospektində baş verən yanğın nəticəsində divarın alkopan üzlüyü 250 kvadratmetr sahədə yanıb.

 

Xidmət rəisi bildirib ki, divarın qalan hissəsi və arxa hissədə yerləşən meyvə-tərəvəz bazası, ona məxsus avtomobil təmiri emalatxanası yanğından mühafizə olunub. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Eləcə də oxuyun:

21
Teqlər:
yanğın, Bakı, hasar, tıxac, Heydər Əliyev prospekti
Mövzu:
Bakının son xəbərləri (67)

Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb

29
(Yenilənib 19:39 24.09.2021)
Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də Qazax rayon sakini minaya düşərək həlak olub. Belə ki, Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Həmçinin oxuyun:

* Qazax sakini minaya düşərək həlak olub

* Ağdamda şirkət işçisi minaya düşüb

29
 İnsan silueti, arxiv şəkli

Bu rəzilliyi gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub

12
(Yenilənib 17:09 24.09.2021)
Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.

BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

12
Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?