CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocavənddə polis əməkdaşları bomba tapdılar

© Photo : ANAMAКассетные боеприпасы
Кассетные боеприпасы - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Partlayıcı maddə tapılan ərazi dərhal nəzarətə götürülüb və aşkar edilən partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün ANAMA-ya məlumat verilib.
BAKI, 24 avqust — Sputnik. Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilən partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirilib, ərazinin təhlükəsizliyi təmin edilib.
Qeyd edək ki, bir müddət öncə Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Eləcə də oxuyun:
Ermənilər Kəlbəcəri pulemyotlardan atəşə tutublar
Piyada əleyhinə aşkarlanan minaların sayı açıqlandı
DİN və DTX Şuşada əməliyyat keçirdi
Xəbər lenti
0