Aşımış “Ford” markalı mikroavtobus

Fəhlə daşıyan mikroavtobus aşdı, ölən yaralılar var

51
Qəzaya düşən avtomobil Yevlax şəhərindən olan fəhlələri daşıyırmış. Qəza onlar işdən evə qayıdarkən qeydə alınıb.

BAKI, 18 avqust — Sputnik. Goranboyda ağır yol qəzası baş verib. Hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində bir qadın dünyasını dəyişib. On iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Goranboy və Gəncə şəhər xəstəxanlarına yerləşdilriblər.

  • Aşımış “Ford” markalı mikroavtobus
    © Sputnik / Rahim Mammadov
  • Aşımış “Ford” markalı mikroavtobus
    © Sputnik / Rahim Mammadov
  • Aşımış “Ford” markalı mikroavtobus
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Aşımış “Ford” markalı mikroavtobus

Məlumata görə, qəzaya düşən avtomobil Yevlax şəhərindən olan fəhlələri daşıyırmış. Qəza onlar işdən evə qayıdarkən qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Eləcə də oxuyun:

51
Teqlər:
qəza, Goranboy, mikroavtobus, ölən, yaralılar
Qandal, arxiv şəkli

Narkotik qəbul edib sükan arxasına keçdi

9
(Yenilənib 16:17 18.09.2021)
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

BAKI, 18 sentyabr — Sputnik. Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Eləcə də oxuyun:

9
Teqlər:
narkotik, taksi, polis, Yasamal, Bakı

Qusarda leysan sakinləri çətinə saldı: FHN xilasetmə anlarını paylaşdı

12
(Yenilənib 15:07 18.09.2021)
Əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

BAKI, 18 sentyabr - Sputnik. Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.

Eləcə də oxuyun:

12
Teqlər:
Qusar, əkin, leysan, əməliyyat, xilasetmə, FHN, video
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

0
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

0