Boğulma, arxiv şəkli

Həkim dənizdə ölüm təhlükəsi ilə üzləşən şəxsi xilas edib

20
Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşı yenidən həyata qaytaran qəhrəman həkimə təşəkkürünü bildiririb.

BAKI, 18 avqust — Sputnik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmizadənin sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq bilvasitə ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən bilvasitə ürək masajından sonra həyata qaytarmaq mümkün olub.

Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşı yenidən həyata qaytaran qəhrəman həkimə təşəkkürünü bildiririb.

Qeyd edək ki, son bir həftə ərzində biri azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib.

Eləcə də oxuyun: 

20
Teqlər:
boğulma, ürəktutma, gənc, həkim, xilas, Xaçmaz

Bakıya yağış yağıb, evləri su basıb

357
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

BAKI, 26 sentyabr - Sputnik. 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

357
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1244
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1244
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev, arxiv şəkli

Xüsusi Təyinatlı Qüvvələrin komandanı Anım Günü müharibə qəhrəmanları ilə bir arada

0
(Yenilənib 20:23 27.09.2021)
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

 

0