Narkotiklərin məhv edilməsi, arxiv şəkli

Əcnəbilərin Azərbaycanda gizli "killer"ləri: 19-u həbs edildi

26
Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar.

BAKI, 18 avqust — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkəyə daxil olan daha 20 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar.

Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həmin narkokuryerlərin də saxlanılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər – Elçin Məmmədov, Əzizbala Məmmədov Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Mirvaqif Bağırov, Zərbəli ŞahverdiyevQurban Yusifov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 qrama yaxın heroin və elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Nərimanov və Qaradağ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ramin Abdullayev Ələsgər Zərbəliyev saxlanılıblar. Ramin Abdullayevin üzərindən və yaşadığı evdən 126 qram metamfetamin və 221 qram heroin, Ələsgər Zərbəliyevin üzərində şəxsi axtarış aparılan zaman isə 50 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhəri Corat qəsəbəsində həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 51 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 30 qram heroin aşkar edilib. Araşdırma zamanı Vüqar Mehtiyevin Sumqayıt şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduğu məlum olub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən rayonun Şahağacı kənd sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Nəticədə kənd sakinləri əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən  ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.

Qeyd edək ki, adları sadalanan şəxslərin ətraflarında əməliyyat tədbirləri həyata keçirilən zaman onların xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələrinin mövcudluğu ortaya çıxarılıb. Araşdırma zamanı bu şəxslərin narkotik maddələrin ölkə ərazisində yayılması üçün kuryerlik edikləri və satışı ilə məşğul olduqları məlum olub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri və Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevinin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, eləcə də metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın  narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqdim edilən sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən bəziləri aktiv narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. Müayinələr zamanı bu şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində insan həyatı üçün olduqca təhlükəli olan hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.

Odur ki, sağlam gələcək naminə vətəndaşlara bir daha müraciət edərək onları narkotik vasitələrdən uzaq durmağa səsləməklə  yanaşı bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.

Statistika Komitəsinin ilin ilk yarısını əhatə edən hesabatı

Qeyd edək ki, ötən gün Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

2719 nəfər məsuliyyətinə cəlb olunub

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törədən şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.

Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar təşkil edib

Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Eləcə də oxuyun:

26
Teqlər:
narkotik, narkotacir, narkotik vasitələr, narkotik asılılığı, polis, əməliyyat
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

6
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

6
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə

Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb

29
(Yenilənib 19:39 24.09.2021)
Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də Qazax rayon sakini minaya düşərək həlak olub. Belə ki, Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Həmçinin oxuyun:

* Qazax sakini minaya düşərək həlak olub

* Ağdamda şirkət işçisi minaya düşüb

29