Biləsuvarda qan donduran olay - qadın bir yaşlı körpəsini kanala niyə atdı?

2195
(Yenilənib 12:45 14.08.2021)
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

BAKI, 14 avqust — Sputnik. Biləsuvar rayonunda dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün, təxminən saat 7-8 arasında rayonun İsmətli kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşı olan övladıni su kanalına atıb. Nəticədə uşaq suda boğulub. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Verilən məlumata görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından üç ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar bir neçə şəhər və rayonda anaların uşaqlarını atması faktları qeydə alınır. Bakıda, Sumqayıtda, Ucarda, Ağcabədidə, Bərdədə əsasən yeni doğulmuş körpələr anaları tərəfindən küçəyə, hətta zibilliyə atılıb.

Eləcə də oxuyun:

2195
Teqlər:
ana, uşaq, kanal, boğulma, Biləsuvar

Bakıya yağış yağıb, evləri su basıb

357
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

BAKI, 26 sentyabr - Sputnik. 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

357
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1244
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1244
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı
Toyuq əti, arxiv şəkli

Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

0
(Yenilənib 20:22 27.09.2021)
Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) bir müddət öncəki məlumatına əsasən, Polşa Respublikasının Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş verən yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizotik ocaqları mövcud olub.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

0