DİN Baş Prokurorluq özünü qumbara ilə partladan şəxslə bağlı birgə məlumat yayıb

2493
Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib. Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

BAKI, 27 iyul — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılıb.

Bu zaman M.Ələsgərov polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Elə həmin an onun üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb.

16:42

Axtarışda olan şəxs "Maşın bazarı"nda özünü qumbara ilə partladıb, polislər xəsarət alıb

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib. Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb. Həmin şəxsin Mingəçevir şəhər sakini Müseyib Ələsgərov olduğu bildirilir.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

Həmçinin oxuyun: 

* Rusiya qumbara partladan azərbaycanlını Almaniyaya təhvil verib

Günün kriminal icmalı: keçmiş məhkumlar daha çox cinayət törədiblər

Axtarışda olan çox sayda insan saxlanılıb

2493
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1221
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1221
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

1315
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

1315
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES