Bakıda yağışlı hava, arxiv şəkli

Bəzi yerlərdə dəhşətli istilər, digərində isə yağış dolu

289
(Yenilənib 13:29 21.07.2021)
Həftənin ilk iş günündə ölkəmizin ərazisində təzadlı hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır.

BAKI, 21 iyul - Sputnik. İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 25-28° isti, gündüz 35-39° isti, Bakıda gecə 26-28° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 22-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Bölgələrdə hava şəraiti

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

İyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

289
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

2188
(Yenilənib 22:18 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

2188

Toyda qətl - Daşkəsən prokurorluğu baş verən ilginc hadisə barədə

2570
(Yenilənib 10:30 26.07.2021)
Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

BAKI, 26 iyul - Sputnik. Daşkəsən Rayon Prokurorluğu toy zamanı baş verən qətllə bağlı rəsmi məlumat yayıb. Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir".
Qeyd edək ki, iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənc ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

Xatırladaq ki, iyulun 20-də Tovuzda toyda düşən dava üç nəfərin bıçaqlanması ilə nəticələnmişdi.

İsmayıllıda bəy bıçaqlandı, atası ürək tutmasından öldü

Daha əvvəl analoji hadisə İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin iyulun 19-da yaydığı məlumata görə, toyda baş verən mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb.

Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib.

Həmçinin oxuyun:

* İsmayıllıda toy yasa döndü: bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi

* Toydan çıxan gənclər qəzaya düşdülər, ölən var

* Toylarda yoxlamalar sərtləşdirildi - 1562 nəfər toy şənliyinə buraxılmayıb

* Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

* Toy adamları ev adamlarını xərcə saldılar

2570
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

0
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0