Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

SOCAR Səngəçalda baş vermiş bədbəxt hadisəyə aydınlıq gətirib

© Official website of President of Azerbaijan RepublicСангачальский терминал, фото из архива
Сангачальский терминал, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

BAKI, 17 iyul - Sputnik. Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkə hesabında bu məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

"İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib", - deyə İbrahim Əhmədov bildirib. 

Xəbər lenti
0